HAVANIN YAĞMURLU OLACAĞI GÖZLƏNİLİR
Bakı, 8 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 9-da ölkə ərazisində havanın yağmurlu keçəcəyi gözlənilir.
Bakıda havanın temperaturu gündüz müsbət 13-15, gecə 7-9, Naxçıvanda gündüz 15-17, gecə 7-9, aran bölgəsində gündüz müsbət 13-15, gecə 7-9, dağlıq zonada gündüz müsbət 8-10, gecə 0-2 dərəcə təşkil edəcəkdir.
Aprelin 9-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişiklikləri meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı iki gündə buludlu və rütubətli hava şəraitinin üstünlüyü narahatlıq hissi yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]