HAVALARIN SOYUMASI CİDDİ PROBLEMLƏRƏ SƏBƏB OLMAMIŞDIR
Şiddətli külək, güclü qar və şaxtalarla müşayiət olunan soyuq hava şəraitinə baxmayaraq, Sumqayıtın tibb müəssisələrinə kəskin respirator xəstəlikləri ilə (KRX) bağlı müraciət edənlərin sayı ötən ilin müvafiq dövründə olduğundan çox deyil.
Bu barədə AZƏRTAC-ın müxbirinə məlumat verən şəhər səhiyyə şöbəsinin baş inspektoru Səkinə Sadıxova demişdir ki, havaların soyuması təcili tibbi yardım çağırışlarının sayına təsir göstərməmişdir. Temperatur dəyişmələri ilə müşayiət olunan qeyri-sabit hava şəraiti adətən soyuqdəymə hallarının, o cümlədən KRX-nin və kəskin respirator virus infeksiyalarının çoxalmasına səbəb olur. Lakin bütövlükdə epidemioloji vəziyyət sabitdir və həkimlərin nəzarətindədir.
Səkinə xanım vurğulamışdır ki, şəhərin təcili tibbi yardım stansiyası gücləndirilmiş rejimdə işləyir. Vətəndaşların çağırışlarına operativ reaksiya vermək üçün maksimum şərait yaradılmışdır. Stansiyanın avtomobil parkı lazımi texniki səviyyədə saxlanılır. Doğrudur, yolların buz bağlaması ilə bağlı müraciətlərin sayı artmışdır, lakin ciddi hallar qeydə alınmamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]