Hava yağmursuz olacaqdır
Bakı, 17 dekabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı ehtimal olunur.
Cənub-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 8-10, gündüz 13-15 dərəcə təşkil edəcəkdir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə şimal-qərb rayonlarında az yağıntılı olacağı, qərb küləyinin əsəcəyi gözlənilir.
Havanın temperaturu gecə 2-6, gündüz 13-17, dağlarda gecə 0-4, gündüz 9-14 dərəcə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:14]
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub
- 06.11.2026 [16:15]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 06.11.2026 [15:54]
Yağış yağacaq, bəzi yerlərdə leysan olacaq - XƏBƏRDARLIQ
- 06.11.2026 [12:30]
Sabah hava yağıntılı olacaq
- 06.11.2026 [10:41]
Dağlıq ərazilərə qar yağıb, hazırda bəzi yerlərdə duman müşahidə olunur
- 04.11.2026 [17:22]