HAVA ŞƏRAİTİ YAĞINTILI OLACAQDIR
Bakı, 20 noyabr (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, noyabrın 21-də paytaxtda və ölkənin digər ərazilərində hava yağıntılı keçəcək, şimal-qərb küləyi əsəcəkdir. Respublika üzrə temperatur əvvəlki günlə müqayisədə gecə və gündüz bir-iki dərəcə aşağı düşəcəkdir. Abşeron yarımadasında hava şəraiti ürək-damar xəstəlikləri olan insanlar üçün əlverişsiz olacaqdır. Dağlıq zonalara sulu qar yağacaq və bəzi yerlərdə qara keçəcəkdir.
Bakıda temperatur gecə müsbət 5-7, gündüz 8-10, Naxçıvanda gündüz 9-11, gecə 2-4, aran bölgəsində gündüz 9-11, gecə 6-8, dağlıq zonada gündüz 6-8, gecə 2-4 dərəcə təşkil edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]