HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Türkiyənin Antalya şəhərinə gəlmişdir.
Dövlətimizin başçısını hava limanında Türkiyənin dövlət naziri Mehmet Aydın, digər dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Azərbaycan Prezidenti hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşdü.