HAVA DƏYİŞKƏN BULUDLU OLACAQDIR
Bakı, 27 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti təşkil edəcəkdir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu 25-26 dərəcə isti olacaqdır.
Avqustun 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 30-da hava şəraitinin az buludlu olacağı, yağmursuz keçəcəyi, cənub küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-23, gündüz 30-34 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında avqustun 28-də hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda isə gecə 10-15, gündüz 17-22 dərəcə isti olacaqdır.
Avqustun 29-30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda isə gecə 11-15, gündüz 19-24 dərəcə isti təşkil edəcəkdir.