Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hamının sevdiyi insan

Naxçıvan, 10 may (AZƏRTAC). İnsan ömrü Tanrının bəxş etdiyi əvəzsiz nemətdir. İnsan var ki, əsrə bərabər ömür yaşasa da, mənasız olduğu üçün yaddaşlardan silinib gedir. İnsan da var ki, özü həyatda yaşamasa belə, izi, sorağı xalqının yaddaşından, təfəkküründən silinmir. Millətinin, xalqının tarixinə həkk olunur. Belə bir ömür hər kəsə nəsib olmur. Həyatı sonrakı nəsillər üçün məktəb olan, xalq, el-oba üçün yaşayan belə xeyirxah insanlar haqqında düşünərkən fikrimizin fövqündə çox əzəmətli, məğrur, siyasətçi, son dərəcə qüdrətli obraz canlanır.

Bu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin obrazıdır. Onu hamı sevirdi. Yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəs! Bu məhəbbət təmənnasız idi. Bəlkə də bu sevgi onun gördüyü işlərin müqabilində minnətdarlıq hissinin ifadəsi idi. Ona olan rəğbət respublikaya rəhbər seçildiyi ilk gündən yaranmağa başlamışdı. Onun qeyri-adi xüsusiyyətləri, indiyədək Azərbaycana başçılıq etmiş şəxslərin heç birində təsadüf olunmayan keyfiyyətləri də vardı. Qısa zamanda geniş və çoxcəhətli fəaliyyəti sayəsində Azərbaycanı inkişafa qovuşdurdu. Bənzərsiz, cəsarətli, tükənməz enerjili dövlət rəhbəri Heydər Əliyev təkrarsız keyfiyyətlərinə görə tarixə öz adını əbədi yazdı. Görkəmli siyasətçi olan Heydər Əliyev bu yüksəlişə çatana qədər mürəkkəb dövlətçilik yolu keçmişdir.

Heydər Əliyev təbiəti etibarilə son dərəcə demokratik, açıq şəkildə işləməyi, xalqla daim təmasda olmağı sevən rəhbərlərdən idi. Odur ki, onu müşahidə etmək, “öyrənmək” heç bir çətinlik törətmirdi. Həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqı Heydər Əliyevi dərin məhəbbətlə sevirdi. Söhbət təmənnasız, cəmiyyətin bütün təbəqələrini əhatə edən sevgidən gedir.

Bu sevginin səbəbi nə idi?

Həyatda qarşılaşdığı bütün çətinliklərə və üzləşdiyi məhrumiyyətlərə baxmayaraq, Heydər Əliyev yalnız xalqını düşünən böyük şəxsiyyət idi. Ulu Yaradan ona bütün fiziki və mənəvi keyfiyyətləri səxavətlə vermişdi. Digər tərəfdən, ulu öndər Heydər Əliyevin öz bilik və bacarığını, zəngin təcrübəsini tətbiq etmək üçün geniş meydan vardı. Əlbəttə, bu meydana girmək, özünü sübut etmək, layiq olduğun mərtəbəyə yüksəlmək üçün gərgin zəhmətə qatlaşmaq, gecə-gündüz yorulmaq bilmədən çalışıb-çarpışmaq tələb olunurdu. Ulu öndər bütün bu vəzifələrin öhdəsindən daim ləyaqətlə gəldi. Azərbaycanın 35 illik bir dövrünü əhatə edən tarixi bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yol öz başlanğıcını əslində, 1969-cu ildən - məhz onun hakimiyyətə gəlişindən götürmüşdü. Ulu öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində inkişaf başlandı. Sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Bu, əlbəttə, ulu öndərin şəxsiyyəti, fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Azərbaycan ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində öncül yerə keçdi. Bu isə sovet dövrü üçün çox böyük bir hadisə idi. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi. Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldü. Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına çıxdı. Məhz həmin illər ərzində Azərbaycanda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan neçə-neçə binalar tikilib istifadəyə verilmişdir. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Azərbaycanın ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradıldı.

Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin gələcəyin müstəqil ölkəsi üçün gərəkli ixtisaslara yiyələnməkdən ötrü keçmiş Sovetlər İttifaqının nüfuzlu ali məktəblərinə göndərmək təcrübəsi kimi dəyərli təhsil ənənəsinin əsasını qoyması idi. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli mənəvi, əxlaqi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ordu sıralarında da milli kadrların yetişməsinə və yerləşməsinə çalışırdı. Ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycanda fəaliyyət göstərən hərbi məktəblərlə maraqlanan ümummilli lider orada müəllim-kursant heyəti içərisində azərbaycanlıların sayının artırılması üçün tədbirlər görmüş, gənclərin hərbi peşəyə yiyələnməsinə çalışmışdır. Əlbəttə, sovetlər birliyi məkanında bu, o qədər də asan məsələ deyildi. Üstəlik, o dövrdə gənclərimiz hərbi peşələrə kifayət qədər maraq göstərmirdilər. Dərin zəka sahibi və uzaqgörən siyasətçi Heydər Əliyev məsələnin köklü şəkildə həlli yolunu tapdı. Çox keçmədən onun təşəbbüsü və şəxsi himayəsi altında Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb açıldı. Tezliklə bu məktəb böyük şöhrət qazandı. Yeniyetmələr həvəslə burada oxumağa gəlir, sonra təhsillərini keçmiş SSRİ-nin müxtəlif ali hərbi məktəblərində uğurla davam etdirirdilər. Müstəqillik dövründə milli ordu quruculuğunda vaxtilə C.Naxçıvanski adına hərbi təmayüllü məktəbi bitirən zabitlərin əməyi böyük olmuşdur. Onlar bu gün də orduda ləyaqətlə xidmət edir, Heydər Əliyev ideyalarına sadiqliklərini nümayiş etdirirlər. Ümummilli liderimizin təşəbbüsü ilə ölkəmizdəki digər hərbi məktəblər də beynəlxalq standartlara uyğunlaşdırılmış, maddi-texniki bazası möhkəmləndirilmişdir. Hər il kursantların buraxılış mərasimində iştirak edən ulu öndər Heydər Əliyev onlara öz tövsiyələrini verirdi. Ümummilli liderin qoyduğu ənənələr digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da müvəffəqiyyətlə davam etdirilir.

Ulu öndərimiz 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır.

1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycanın və Naxçıvanın Ali qanunverici orqanlarına deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi fəaliyyət göstərərək muxtar respublikanın inkişafının əsaslarını hazırlamışdır.

1993-cü ilin may-iyun aylarında Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Azərbaycanın o zamankı rəhbərləri Heydər Əliyevi rəsmən Bakıya dəvət etməyə məcbur oldular. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi.

Ümummilli liderin Azərbaycanın əsl dövlət müstəqilliyi qazandığı dövrdə siyasət meydanında olması, buna qədər isə təkcə xalqın məhəbbətini deyil, həm də etimad və etibarını qazanması taleyin qisməti idi. “Mən həyatımın qalan hissəsini də doğma xalqıma bağışlayıram”-deyən ulu öndər bütün ömrünü xalqının xoşbəxtlik və səadətinə həsr etmişdir.

Tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Xalqın sevdiyi şəxsiyyətlər əbədiyaşar olurlar. Ulu öndər Heydər Əliyev isə bu əbədiyaşarlığı hələ sağlığında qazanmışdır.

Rabil Kətanov

AZƏRTAC-ın müxbiri

АzərТAc

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Peşə təhsili müəssisələrinin təhsilverənləri üçün keçirilən ixtisasartırma təlimləri yekunlaşıb

Ağdam, Füzuli və Xocavənd məktəbliləri arasında futbol turniri təşkil olunub

Xoreoqraf Şahar Binyamini: Azərbaycan rəqqasları çox istedadlıdırlar

AzTU-da “Şanlı Zəfər tariximiz” adlı tədbir: “Missiya” filmi nümayiş etdirilib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə yeni xidmətlərin əlavə olunması planlaşdırılır

Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub

Gənclər və idman naziri Şuşada məskunlaşan sakinlərin müraciətlərini dinləyib

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

Nobel qardaşlarının Azərbaycan irsi Helsinkidə elmi müzakirə mövzusu olub

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti İtaliya Prezidenti Sercio Mattarella ilə görüşüb

ADPU-nun Quba filialında Səməd Vurğunun 120 illik yubileyi qeyd olunub

AMEA-nın elmi müəssisələrində bal sistemi əsasında qiymətləndirmə mexanizmi təkmilləşdirilir

“Turan Tovuz” səfərdə “Qarabağ”ı məğlub edib

Avropa Komissiyası: Çexiya miqrasiya təzyiqi təhlükəsi altında olan ölkələr sırasındadır

“Prezidentimizə söz verdim” – CAHANGİRBƏYLİDƏN REPORTAJ

Qələbənin sədası xalq çalğı alətlərində

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Ağdərədə vətəndaş müraciətlərini dinləyib

Tbilisidə “Koordinat 44” tamaşasının premyerası olub

Qazaxıstan və Ermənistan TRIPP nəqliyyat dəhlizinin birgə inkişaf perspektivlərini müzakirə ediblər

Praqada 8 Noyabr - Zəfər Günü təntənəli şəkildə qeyd olunub

Zəfər Günü münasibətilə gənclər Əlincəqalaya yürüş ediblər

Zəfər Günü Azərbaycanın gücünün, xalqımızın sarsılmaz birliyinin təcəssümüdür - ŞƏRH

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyevdən

Suriya Türkman Məclisinin sədri, Suriya Xalq Məclisinin üzvü Əbdürrəhman Mustafapaşadan

Türk Dövlətləri Təşkilatının sabiq Baş katibi Kubanıçbek Ömüralıyevdən

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələrin 6-cı raundu keçirilib

NDU-da Zəfər Günü: sərgi, tamaşa və şəhid ailəsinin ehtiramı

QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

Cahangirbəylinin həyat ağacı - FOTOLAR

MDU-da Dövlət Bayrağı Günü və Zəfər Gününə həsr olunmuş tədbir təşkil olunub

Ağstafada bir ailənin 3 üzvü zəhərlənib

Braziliyada 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir təşkil edilib

Azərbaycan IV Avrasiya Təhlükəsizliyi Konfransında təmsil olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər YENİLƏNİB-3 VİDEO

Azərbaycanın Zəfər Gününə həsr olunmuş “Koordinat 44” tamaşası Tbilisidə səhnələşdirilir

İstanbulda Vətən müharibəsi şəhidlərinin xatirəsinə 44 ağac əkilib

Aygün Attar: Azərbaycançılıq dövlətin ideoloji dayanıqlılığının və milli birliyin əsasını təşkil edir

İşğaldan azad edilmiş ərazilərin bərpası və yerli istehsalın inkişafı dayanıqlı məskunlaşma üçün şərait yaradır

UNEC-də bayram tədbiri: Zəfərin 6-cı ildönümü

Konfutsi İnstitutunun direktoru: Hərtərəfli strateji tərəfdaşlıq Azərbaycan və Çin üçün yeni perspektivlər açır

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsinin layihəsi müzakirə olunub

Bakıda keçirilən BMT İdarəetmə İnnovasiyaları Sammiti başa çatıb – YENİLƏNİB

AzerGold” Zəfər Gününu silsilə tədbirlərlə qeyd edib

Dövlət Komitəsində Zəfər Günü münasibətilə tədbir

FHN-in əməkdaşları Zəfər Gününü qeyd ediblər

Bakı Dövlət Universitetində Zəfər Günü qeyd olunub

Dövlət Agentliyinin sədri: Son iki gündə Bakı səmərəli dialoq platformasına çevrildi

Düşənbədə Zəfər Günü təntənəsi: Səfirlikdə bayram tədbiri

Latviyada Azərbaycanın Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Zəfər Günü münasibətilə tədbir keçirilib

Parlamentin komitəsində büdcə zərfinə daxil olan qanun layihələri müzakirəyə çıxarılıb

BMT rəsmisi: Bakıda qurduğumuz tərəfdaşlıqlar ən böyük nailiyyətlərimizdən və dəyərli imkanlarımızdan biridir

Qarsda voleybol üzrə Zəfər Turniri keçirilib

Qadın voleybolçular arasında Azərbaycan Superliqasında yeni mövsüm start götürüb

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

AQTİ-nin Rəqəmsal və İnnovativ Təlim Mərkəzi fəaliyyətə başlayıb VİDEO

“Alphabet” “Qualcomm” şirkətində yarım milyard dollarlıq pay əldə edib

V4 liderləri Aİ-nin genişlənməsini dəstəkləyib, Ukrayna məsələsində fikir ayrılığı qalır

Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb

Əlcəzairdə Zəfər Gününün 6-cı ildönümü qeyd olunub

AQTA-da Zəfər Günü qeyd olunub

Daşkənddə “Humay və sehrli Huma quşu” kitabının özbək dilində nəşrinin təqdimatı olub

Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb

London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək

Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib

Macarıstanın "Gripen" qırıcıları bomba təhdidlərinə görə üç dəfə havaya qaldırılıb

İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

Laçında “Böyük Qayıdışın Zəfər bayramı” adlı konsert proqramı VİDEO

BMT sammitində Bakı Kommunikesi elan edilib

Dövlət Xidmətinin nümayəndələri Koreyada daşınmaz əmlakın kadastrı sahəsindəki rəqəmsallaşdırma işləri ilə tanış olublar

Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş vəkillərlə görüş olub

Ağdamda 8700-dən çox ağac və dekorativ kol əkilib

Rəqəmsal transformasiya dövründə Azərbaycan televiziyası: çağırışlar, inkişaf meyilləri və perspektivlər

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Zəfər Günü qeyd olunub

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Müəllim: Musiqi bacarıqları düzgün tədris və müntəzəm məşğələ ilə inkişaf edir

Yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında növbəti qaliblər məlum olub

BOS su təchizatı sistemi ilə bağlı analizlərin nəticələrini açıqlayıb

Azərbaycan radiosunun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans başa çatıb

Ədliyyə naziri Samuxda vətəndaşların müraciətlərini dinləyib

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Keniyada Zəfər Günü qeyd olunub, Azərbaycanın postmünaqişə dövrü bərpa təcrübəsi təqdim edilib VİDEO

Zəfər Günü beynəlxalq hüququn bərpası baxımından mühüm tarixi və siyasi əhəmiyyətə malikdir - ŞƏRH

Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib

Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Milli qürurumuzun təntənəsi – ADPU-nun Şamaxı filialında Zəfər Günü

Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər

“ASAN xidmət”in və BMT-nin sammitində innovativ idarəetmə həlləri hazırlanıb

Şəhid qardaşı: Mən həm qardaşımı, həm dostumu, həm də döyüş yoldaşımı itirdim

DİM-in verdiyi sertifikat və şəhadətnamələr artıq “mygov”da

Rəşad Eyubov: Futbolçuların əsas milliyə layiq görülməsinə çox şadam

Milli Kibertəhlükəsizlik Agentliyi: Son dövrdə böyük həcmdə fərdi məlumat sızması halları müşahidə olunur

"802” qaynar xətti bayram günlərində vatsap üzərindən fəaliyyət göstərəcək

® Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Yekaterinburqda 8 Noyabr - Zəfər Günü qeyd edilib

Arxeoloqlar Zəfər Gününü müharibə iştirakçıları ilə qeyd ediblər

Azərbaycan modeli: Milli həmrəylikdən dayanıqlı sülhə - ŞƏRH

Bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrlə bağlı monitorinq aparılıb

ADU-nun rektoru şəhid ailələrinə dövlət qayğısından və gənclərin məsuliyyətindən danışıb

Bu il dövlət büdcəsindən vətəndaşlara 300 milyon manata yaxın vəsait qaytarılıb

Ərəb nəsri və İslam mədəniyyətinə dair elmi məqalə Rumıniya jurnalında dərc edilib