Hadisələr üç nəfərin ölümünə səbəb olmuşdur
Bakı, 13 noyabr (AZƏRTAC). Binəqədi rayonu Rezervuar küçəsində yaşayanlar - Elməddin Əkbərov evində dəm qazından zəhərlənərək ölmüş, onunla qeyri-rəsmi nigah münasibətində olan Qərənfil Əliyeva isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.
Mingəçevir şəhərindəki M.Rəhimov küçəsində yaşayan Aynurə Eldarova və onun xalası Kəmalə Quliyeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. K.Quliyeva orada ölmüş, A.Eldarovanın vəziyyəti isə qənaətbəxşdir.
Qobustan rayonundakı avtomaşınların təmiri sexində Dərəkənd kənd sakini Tapdıq İsmayılov traktor qoşqusunu təmir edərkən dəmir parçası onun başına dəymişdir. Xəstəxanaya yerləşdirilmiş T.İsmayılov orada ölmüşdür.
Sumqayıt şəhərindəki “Bakı” şadlıq sarayında yerli sakin Seyfəddin Atakişiyev infarktdan ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]