HADİSƏLƏR NƏTİCƏSİNDƏ ÖLƏNLƏR VƏ XƏSARƏT ALANLAR OLMUŞDUR
Bakı, 30 iyun (AZƏRTAC). Səbail rayonundakı Salyan yolu küçəsində yaşayan Kənan Cəfərli yaşadığı evin arxasındakı neft quyusunun mühərrikinə düşmüşdür. Xəsarət almış K.Cəfərli xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Nəsimi rayonu Nizami küçəsindəki yeni inşa edilən 9 mərtəbəli binanın 6-cı mərtəbəsində liftin trosunun qırılması nəticəsində orada işləyən paytaxt sakinləri Vladimir Salixov və Əli Mirəhmədov şaxtaya düşmüşlər. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Mirəhmədov orada ölmüş, V.Salixovun vəziyyəti isə ağırdır.
Bərdə rayonunun Mollalı kəndində yerli sakin Mürsəl Teymurovun evinə qonaq gəlmiş Zaqatala rayon sakini Nəbi Bekirov “Şorsu” kanalında çimərkən suda boğulmuşdur.
Kürdəmir rayonunun Şahsevən kəndinin sakini Qalib Hacıyev “T-28” markalı traktoru idarə edərkən onu körpüdən aşırmışdır. Nəticədə Q.Hacıyev və oğlu Fuad hadisə yerində ölmüşlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]