Hadisələr nəticəsində beş nəfər ölmüşdür
Bakı, 8 oktyabr (AZƏRTAC). Xəzər rayonunun Mərdəkan qəsəbəsində 36 nömrəli xətlə işləyən “Otoyol” markalı avtobusda onun sürücüsü Şüvəlan qəsəbəsinin sakini Rasim Niyazov infarktdan ölmüşdür.
Sabunçu rayonunun Balaxanı qəsəbəsinin sakini Kamal Borcuyev həyətində elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Kəpəz rayon sakini Rüfət İbrahimov evindən sirkə turşusundan zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir.
Oktyabrın 5-də Nərimanov rayonunda paytaxt sakini Ceyhun Məmmədov “VAZ-2106” markalı avtomaşınla həmyerlisi Ruslan Məmmədovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Məmmədov oktyabrın 7-də orada ölmüşdür.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]