GÜRCÜSTANDA YENİ MÜKAFATLAR TƏSİS EDİLƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan parlamentinin prosedur məsələlər və qaydalar komitəsinin iclasında ölkənin yeni mükafatlarının təsis edilməsi ilə əlaqədar müzakirə olmuşdur. Gələn həftə parlamentin dövlət mükafatları haqqında qanun layihələrini ikinci və üçüncü oxunuşdan sonra qəbul edəcəyi bildirilir. Qanun layihəsinə əsasən, ölkədə mövcud mükafatlarla yanaşı, yeni mükafatlar - Milli Qəhrəman ordeni və Müqəddəs Georgi adına Qələbə ordeni təsis ediləcəkdir. Gürcüstanın Milli Qəhrəmanı adı ali dövlət rütbəsi olacaq və Gürcüstan uğrunda xüsusi qəhrəmanlıq göstərən şəxslərə veriləcəkdir. Müqəddəs Georgi adına Qələbə ordeni Gürcüstan uğrunda qazanılmış qələbələrdə xüsusi xidmət göstərmiş şəxslərə təqdim olunacaqdır.
Xatırladaq ki, Gürcüstanda hazırda David Ağmaşenebeli, Qızıl Yun, 1, 2, 3-cü dərəcəli Vaxtanq Qorqasali, “Şərəf” ordenləri, “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə” və “Şərəf” medalları mövcuddur.
MÜƏLLİFLƏ ƏLAQƏ
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]