Gürcüstanda yanacaq bahalaşıb
Tbilisi, 7 may, AZƏRTAC
Gürcüstanda yanacaq yenidən bahalaşıb. Xüsusilə, bəzi brend yanacaqdoldurma məntəqələrində müxtəlif növ yanacağın qiyməti son bir həftədə 20–30 tetri, mart ayından bəri isə 1 lari 24 tetri (50 sent) artıb.
AZƏRTAC xəbər verir ki, qiymət artımı Yaxın Şərqdə baş verən münaqişə fonunda son iki ay ərzində mütəmadi olaraq davam edir.
Müxtəlif yanacaqdoldurma məntəqələrində dizel yanacağının qiyməti 4,19 və 4,37 lari arasında dəyişir. Bu giymət mart ayının 7-dən bəri ən yüksək göstəricidir. Martın 7-də qiymət 3,13 lari olub və qiymət artımı 1,24 lari təşkil edib.
Benzinin qiyməti isə 3,29 və 3,79 lari arasında dəyişir.
Xatırladaq ki, bu ilin fevralın 28-dən etibarən Yaxın Şərqdəki hadisələr səbəbindən Hörmüz boğazı vasitəsilə daşımalar çətinləşib.
Analitiklərin qiymətləndirməsinə görə, Hörmüz boğazı tam açılsa belə, neft tədarük zəncirlərinin normallaşması aylar çəkə bilər və bu səbəbdən qlobal enerji bazarlarında qiymət artımı davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:39]
“Alışan buzdan” qaz hasil edilməsinin metodu kəşf olunub
- 12.11.2026 [15:30]
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
- 12.11.2026 [15:29]
“Bundesbank”: Almaniyada maliyyə sabitliyinə yönəlmiş risklər artır
- 12.11.2026 [15:04]
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
- 12.11.2026 [14:53]
Fransada bomba həyəcanı səbəbindən qatarların hərəkəti dayandırılıb
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]