Gürcüstanda dövlət bayraqları endirilib
Tbilisi, 8 avqust, AZƏRTAC
Bu gün Gürcüstanda məlum 2008-ci il avqust müharibəsinin 17-ci ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Gürcüstanda dövlət və inzibati binalarda, diplomatik nümayəndəliklərdə dövlət bayraqları endirilib.
Beşgünlük müharibədə həlak olanların xatirəsini anmaq məqsədilə ölkədə bir sıra anım tədbirləri keçirilir.
Qeyd edək ki, sözügedən müharibədə 408 nəfər həlak olub, 2232 nəfər yaralanıb, 30 minə yaxın insan qaçqın vəziyyətinə düşüb. Müharibə nəticəsində Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri işğal olunub. Rəsmi Moskva 2008-ci ilin avqustun 26-da hər iki bölgənin müstəqilliyini tanıyıb. Buna cavab olaraq rəsmi Tbilisi Moskva ilə diplomatik əlaqələri dayandırıb və hər iki bölgəni işğal olunmuş ərazilər elan edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]
London metrosunda iş şəraiti ilə bağlı tətillər keçiriləcək
- 06.11.2026 [17:58]
Bomba təhdidi ilə əlaqədar Sofiya hava limanına iki təyyarə eniş edib
- 06.11.2026 [17:14]
Oktyabrda dünya ərzaq qiymətləri ucuzlaşıb
- 06.11.2026 [16:14]