Gürcüstanda 4 bal gücündə zəlzələ olub
Tbilisi, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 8-də Gürcüstanda zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu məlumat yayıb.
Bildirilib ki, 4 bal gücündə yeraltı təkanlar yerli vaxtla saat 08:52-də Axalkalakidən 21 kilometr şimalda, Balanta kəndi ərazisində qeydə alınıb.
Dağıntı və tələfatın olub-olmaması barədə məlumat verilməyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:26]
Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb
- 13.11.2026 [16:23]