GÜRCÜSTAN MDB-DƏN ÇIXACAQMI?
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Gürcüstan parlamentində müxalif Respublikaçılar Partiyasından olan deputatlar ölkənin Avratlantik təşkilatlarına qoşulmağa çalışdığı bir zamanda onun həm də MDB-nin üzvü olmasını məqsədəuyğun hesab etmirlər. Onlar parlamentin geniş iclasında bu məsələni qaldırmış və gələcək iclaslarda ali qanunverici orqanın üzvlərinin Gürcüstanın MDB-dən çıxması prosesi üzərində müzakirəyə başlamalarını təklif etmişlər. Parlamentin sədri Nino Burcanadze MDB-nin heç bir səmərə vermədiyini, bəzi məsələlərin aşkarlanması üçün onun kürsüsündən istifadə olunduğunu bildirmişdir. Parlament əksəriyyəti fraksiyasının rəhbəri Maya Nediradze bu siyasi qərarın qəbul olunması zamanı həm iqtidarın, həm də müxalifətin eyni məsuliyyət daşıyacağını vurğulamışdır.
Gələn sessiya həftəsində parlament həmin məsələ ətrafında müzakirələrə başlayacaqdır. Bununla yanaşı, parlamentin sədri Nino Burcanadze bildirir ki, məsələ MDB-dən çıxmaq proseduru kimi deyil, ölkənin bu qurumda qalıb-qalmamasının müzakirəsi kimi gündəliyə salınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [15:30]
Mixeil Kavelaşvili Türkiyə Prezidentini Gürcüstana dəvət edib
- 12.11.2026 [15:29]
“Bundesbank”: Almaniyada maliyyə sabitliyinə yönəlmiş risklər artır
- 12.11.2026 [15:04]
Tacikistan 2027-ci ildə KTMT-yə sədrlik edəcək
- 12.11.2026 [14:53]
Fransada bomba həyəcanı səbəbindən qatarların hərəkəti dayandırılıb
- 12.11.2026 [14:47]
Antalyada Türkiyə və İran prezidentləri arasında görüş keçirilib
- 12.11.2026 [14:41]
Kiyevdə çoxmərtəbəli bina dronla vurulub - hadisə yerindən REPORTAJ VİDEO
İstehlak qiymətləri açıqlanıb
- [15:22]
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]