Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gürcüstan əsas vasitəçi rolunda

Gürcüstan əsas vasitəçi rolunda

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Qranada görüşünə qatılmaqdan imtina edən Prezident İlham Əliyev Gürcüstana sayca 11-ci səfərini reallaşdırdı. Səfərlərin intensivliyi öz-özlüyündə iki ölkə arasında münasibətlərin strateji xarakterinin göstəricisidir. Bu görüşlər ölkələrimizin bir-birinə daha yaxın olması və daha sıx əməkdaşlıq etməsinə, xalqlarımız arasında dostluq əlaqələrinin gücləndirilməsinə xidmət edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev söyləyib.

Azərbaycan ilə Gürcüstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin uzun və səmərəli tarixə malik olduğunu deyən deputat bildirib: “Əsrlərlə bir coğrafiyada - Cənubi Qafqazda yaşayan Azərbaycan və Gürcüstan xalqları üçün mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri təbiidir. Hələ sovet dönəmində Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin rəhbərlik etdiyi illərdə bu münasibətlər ən yüksək səviyyədə qurulmuşdu. Bu iki parlaq şəxsiyyət müstəqillik dövründə də öz istedadı və cəsarəti ilə öz xalqlarına əvəzsiz xidmətlər göstəriblər. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Azərbaycan və Gürcüstan inkişaf etməyə başlamışdır. Müstəqilliyimizi bərpa etdikdən sonra keçən 30 il müddətində də ölkələrimiz daim bir-biri ilə qarşılıqlı faydalı əməkdaşlıq edib. Bu əməkdaşlıq iqtisadi, mədəni-humanitar sahələrdən tutmuş siyasi, hərbi əməkdaşlığa qədər geniş diapazonda daim inkişaf etdirilib. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın milli maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib”.

Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlərin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan C.Feyziyev müstəqilliyin ilk illərində digər qonşu dövlət olan Ermənistanın xarici qüvvələrin dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etmək həvəsinə düşsə də, Azərbaycan və Gürcüstanın müstəqil dövlət quruculuğunda bir-birini dəstəkləmək yolunu seçdiklərini diqqətə çatdırıb. “Odur ki, hər iki dövlət özlərinin müstəqilliyini möhkəmləndirə və dünya siyasi-iqtisadi sisteminə uğurlu şəkildə inteqrasiya edə bildilər. Bu gün Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Birgə həyata keçirilən enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir. Hər iki dövlət qlobal və regional əhəmiyyətli layihələrdə birlikdə iştirak edirlər”, - deyə o vurğulayıb.

Deputat Prezident İlham Əliyevin Gürcüstan Baş naziri ilə görüşündə Cənubi Qafqazda sülhün bərqərar olması ilə söylədiyi fikirlərə də diqqət çəkib: “...Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalar aparılır. Əgər buna nail olsaq, o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər”.

Prezident İlham Əliyevin bir çox ölkələrin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində iştirak etmək istədiyini, Azərbaycanın bu təşəbbüslərə müsbət yanaşdığını diqqətə çatdıran deputat bildirib ki, bununla belə, dövlətimizin başçısının Gürcüstanın bu sahədə daha səmərəli vasitəçi ola biləcəyini vurğuladığını deyib. Bildirilib ki, doğrudan da hazırda Cənubi Qafqazda sülh yaradılması proseslərində Rusiya ilə Qərb arasında və eləcə də Avropa ilə ABŞ arasında gedən rəqabət Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsindən daha çox sülh təşəbbüsünün kimin adına yazılacağı uğrunda aparılır. Məhz bu səbəbdən iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına ciddi maneələr yaratmağa cəhdlər edilir. Bölgədə sülhün bərqərar olunmasında ən çox maraqlı olan dövlətlər isə məhz Cənubi Qafqazın üç dövlətidir. Odur ki, bölgənin iki dövləti arasında münasibətlərin tənzimlənməsində aparıcı rolun bölgənin üçüncü dövlətinə, yəni Gürcüstana həvalə olunması qısa bir zamanda sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir. Ölkələrimiz arasında iqtisadi əlaqələr davamlı olaraq güclənməkdədir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Azərbaycanda 500-dən çox Gürcüstan investisiyalı kommersiya qurumu uğurlu fəaliyyət göstərir. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub”, - deyən deputat Azərbaycan ilə Gürcüstan arasında humanitar sahədə də əməkdaşlığın xüsusi əhəmiyyətə malik olduğunu bildirib və bütün bunların iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mateuş Çuxnovski: “Sükut içində addımlar” filmi uzun zaman və böyük zəhmət tələb edən layihədir

İsmayıl İman: "Sükut içində addımlar" filminin çox vacib mövzusu və qeyri-adi hekayələri var

Qaradağ rayonunda Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Ermənistanın Baş naziri ilə görüşü olub YENİLƏNİB

Türkiyədə helikopter qəzaya uğrayıb, 4 hərbçi şəhid olub

COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub

Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb

ABŞ Prezidentinin nümayəndələri Moskvadan Dublinə uçublar

Vüqar Süleymanov: Mina hadisələrinin təxminən 60 faizi keçmiş təmas xəttindən içəridə baş verib

"Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda Dəyirmi masa

Dövlət idarəçiliyində süni intellektin tətbiqi imkanlarına dair təlim keçirilib

Yaradıcılıq gecəsi: “Laçından keçən ulduzlar”

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Süni intellekt yazıçını əvəz edə bilərmi? VİDEO

Bu saata olan əsas xəbərlər

Azərbaycan və Dünya Bankı əməkdaşlığın prioritet istiqamətlərini müzakirə edib

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib VİDEO

Tramp Meksikanı gömrük rüsumlarını ikiqat artırmaqla hədələyib

Göyçay narı niyə bahadır? Fermerdən bazara qədər qiymət fərqi - REPORTAJ

Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb VİDEO

Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı - ŞƏRH

Qazaxıstanda xərçəngə qarşı ilk yerli dərman preparatı gələn il bazara çıxarıla bilər

Böyük Britaniyada jurnalistlərə qarşı hücum planlaşdıran iki İran vətəndaşı təqsirli bilinib

COP31 çərçivəsində Azərbaycan ilə Qırğızıstan arasında ətraf mühit məsələləri barədə müzakirələr aparılıb

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Deflimpiya Komitəsinin nümayəndəsi: Qarşıdakı yarışlarda idmançıların və medalların sayını artırmaq istəyirik VİDEO

Nazirlik rəsmisi: Yeni subsidiya mexanizmi atçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə xidmət edir

12 Noyabr - Konstitusiya Günü bölgələrdə müxtəlif tədbirlərlə qeyd olunub

“Bir əsrin işığında türkologiya: irs və perspektivlər” - SDU-da beynəlxalq forum

Azərbaycan-Aİ iqtisadi əməkdaşlığında prioritet enerji ixracından geniş iqtisadi tərəfdaşlığa keçid olmalıdır – ŞƏRH

London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır

Azərbaycan boksçusu Avropa yığmasının heyətində döyüşəcək

Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar

Ədəbiyyat Muzeyində tanınmış şair Sərdar Əsəd yaradıcılığına həsr edilmiş ekspozisiyanın açılışı olub

Vaşinqtonda silahlı insident baş verib

TÜRKPA-nın gənc parlamentariləri Ankarada toplaşıblar

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

Kəlbəcərdə iməcilik aksiyası təşkil olunub VİDEO

NVIDIA-nın baş direktoru Censen Huan istefa verib

Britaniya Çaqos adalarının Mavrikiyə verilməsi istiqamətində növbəti hüquqi maneəni aradan qaldırıb

Toxunaraq oxunan dünyalar: Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzindən REPORTAJ

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

67 ölkənin nümayəndəsi Antalyada dayanıqlı şəhərlər mövzusunu müzakirə edib VİDEO

Günay Əfəndiyeva: Mədəniyyətə ayrılan vəsait gələcək nəsillərin mədəni-intellektual inkişafına qoyulan sərmayədir

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib YENİLƏNİB VİDEO

® “Azərikard” süni intellekt və davranışəsaslı yeni həllini təqdim edib

Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

NATO-nun Baş katibi: “PURL” proqramı çərçivəsində Amerika texnikasının Ukraynaya çatdırılması davam edir VİDEO

Qırğızıstan-Türkiyə Manas Universitetində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Bakıda "17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası" keçirilib

Azərbaycan MDB-də münaqişələrə məruz qalan ölkələr arasında suverenliyini ilk bərpa edən dövlətdir

Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq gücləndirilir

Ağsuda fermerlər dövlət dəstəyi imkanları barədə məlumatlandırılıblar

Kreml Əbu-Dabidə Ukrayna ilə bağlı danışıqların nəticələrini açıqlayıb

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Milli Məclisin daha üç komitəsinin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub VİDEO

Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında danışıqlar keçirilir

Astana və Bakı Xəzərin qorunması üzrə əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər

Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır

Yanvar-oktyabr aylarında pensiyalara 6 milyard 527 milyon manat vəsait yönəldilib

Bəhram Osmanov: “İki aktrisa üçün baş rol” gərgin dramatizmi ilə seçilir

Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir

Bakının ev sahibliyi edəcəyi "SportAccord Convention 2027" sammitinə qeydiyyat başlayıb

Azərbaycanın tarixi Zəfəri milli həmrəyliyin və qətiyyətli siyasi iradənin nəticəsidir - ŞƏRH

Özünüməşğulluq proqramı üzrə 200-dən çox şəxs üçün kiçik təsərrüfatlar yaradılıb

Ərdoğan: Pakistanın üzləşdiyi problemlərin sülh yolu ilə həllinə dəstək verməyə hazırıq

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun korpuslarından birinin fəaliyyəti dayandırılıb

Almaniyanın metal və elektrotexnika sənayesi işçiləri tətilə hazırlaşırlar

Vüqar Rəhimzadə: Azərbaycançılıq ideologiyasının təbliğində medianın üzərinə mühüm vəzifələr düşür

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Yaponiyada keçirilən Dünya Tarixi Şəhərlər Liqasının 20-ci konfransında Şuşa da təmsil olunub VİDEO

Azərbaycan milli mətbəxi Uruqvayda “Beynəlxalq Kulinariya Günü”ndə təqdim olunub

Səmyar Abdullayev: 100-dən çox gözdən əlilliyi olan şəxs mədəniyyət sahəsində çalışır

Deputat: Azərbaycançılıq ideologiyasının formalaşmasında ziyalılarımız mühüm rol oynayıblar

YAP Veteranlar Şurasının VIII Qurultaydan sonrakı ilk iclası olub

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Azərbaycan eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatını 4 medalla başa vurub VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Milli Dram Teatrında “İki aktrisa üçün baş rol” tamaşasının məşqlərinə başlanılıb

Azərbaycan və Tacikistan Müdafiə nazirliklərinin nümayəndə heyətlərinin görüşü olub

“Bərabər İmkanlar” layihəsi çərçivəsində inklüziv cəmiyyətin inkişafına həsr olunmuş görüş təşkil edilib

Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edib

Azərbaycan, Türkiyə və Gürcüstan arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Nizami Cəfərov: Azərbaycançılıq ideologiyasının əsasını etnos, din və ümumbəşəri dəyərlərin vəhdəti təşkil edir

“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub

Hökməli–Qobu–Güzdək avtomobil yolunda təmir-bərpa işləri başa çatıb

® “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında 2-ci yeri tutub

Avrokomissiya Belçikada dəniz külək enerjisi layihəsinə 2 milyard avroluq dəstəyi təsdiq edib

Azər Hacıbalayev: Musiqi duyumu və ritm hissi ifaçının formalaşmasında mühüm rol oynayır

London İmperial Kollecinə gedən yol: azərbaycanlı tələbənin uğur hekayəsi - MÜSAHİBƏ

Neftin ucuzlaşmasına təsir edən fundamental iqtisadi səbəblərdən biri təklif-tələb nisbətinin dəyişməsidir

COP31-dəki Azərbaycan pavilyonunda rəqəmsal transformasiyanın iqlim dəyişmələrinin azaldılmasında əhəmiyyəti vurğulanıb

173A və 173B nömrəli marşrutların avtobusları yenilənir

“Gazprom”: Təbii qazın qlobal enerji təhlükəsizliyində rolu artacaq

Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb VİDEO

Azərbaycanın turizm imkanları Yaponiya bazarında yeni təşəbbüslərlə tanıdılır

Türkiyə və Çin COP31 çərçivəsində 15 milyard dollarlıq razılaşma əldə edib

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Alen Berse: Cənubi Qafqazın üç ölkəsi Avropa Şurasının üç qürurlu və bərabərhüquqlu üzvüdür VİDEO

Azərbaycan rəssamının kuklaları “Doll Prague-2026” sərgisində nümayiş etdirilib

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO

Jurnalistlər üçün kibertəhlükəsizlik üzrə maarifləndirici infosessiya təşkil edilib VİDEO

Azərbaycanın Corc Vaşinqton Universiteti ilə təhsil tərəfdaşlığı genişlənir

Vüqar Zifəroğlu: Azərbaycançılıq ideologiyası media fəaliyyətinin əsas istiqamətlərindən biri olmalıdır

Naxçıvanda informasiya təhlükəsizliyi risklərinin idarə olunması üzrə təlim olub

Antonio Quterreş: Elektrik şəbəkələri bərpaolunan enerjinin inkişafına uyğun şəkildə təkmilləşdirilməlidir