GÖYÇAYDA FƏRDİ EV YANMIŞDIR
Fevralın 17-dən 18-ə keçən gecə Göyçay rayonunun Kürdəmir kəndində ikimərtəbəli 4 otaqlı ev yanmışdır. Paşa Məmmədova məxsus evdə baş verən yanğın qısa müddətdə binanın bütün ərazisini əhatə etmişdir. Fövqəladə Hallar Nazirliyi Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, mayor Şahin Cəfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, hadisə ilə əlaqədar gecə saat 23:45-də məlumat əldə olunmuş, əraziyə təcili surətdə 3 yanğınsöndürən maşın göndərilmişdir. Hadisə baş verərkən ailə üzvləri yatmış olduğuna görə, gec məlumatlandırılan yanğından mühafizə hissəsinin əməkdaşları binanı yalnız 00:45-də tam söndürə bilmişlər. Yanğın zamanı fərdi evin 250 kvadratmetrlik yanar hissəsinin 210 kvadratmetri tamamilə sıradan çıxmışdır. Mətbəx, balkon və ev əşyaları qismən xilas olunmuşdur.
Hadisə ilə əlaqədar təhqiqat aparılır. İlkin araşdırmaların nəticələrinə görə, yanğın ev sakinlərinin səhlənkarlığı ucbatından baş vermişdir. Yanğının evdəki odun sobasının düzgün quraşdırılmaması və ya elektrik naqillərində baş verən qısa qapanma səbəbindən baş verməsi ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]