Göyçayda faraş nar yığımına başlanıb
Göyçay, 1 oktyabr, AZƏRTAC
Böyük narçılıq təsərrüfatına malik olan Göyçay rayonunda faraş nar yığılır və artıq bağlardan 50 ton məhsul dərilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığılan məhsul birbaşa yerli bazarlara çıxarılır, zədəlilər isə seçilərək emal müəssisələrinə göndərilir. Cari mövsümdə havaların əlverişsiz keçməsinə, bir sıra ərazilərdə suvarma suyundakı çətinliklərə baxmayaraq əksər yerlərdə, xüsusilə daha çox nar bağları olan Bığır, Qarasaqqal, Alxasava, Mirzəhüseyinli və bir çox digər icra nümayəndəliklərində bağlarda bol məhsul yetişdirilib.
Qeyd edək ki, Göyçayda narçılıq ənənəvi təsərrüfat sahəsidir və sakinlər heç də az gəlir gətirməyən bu sahənin inkişafında çox maraqlıdırlar. Rayon ərazisində hazırda 3705 hektar nar bağı vardır ki, bunda 3670,7 hektarı bar verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
Bu saata olan əsas xəbərlər
- [12:00]
® ABB DAVR-a lisenziya verildi
- [10:48]
Qarakənd faciəsindən 35 il ötür
- [08:00]