Göyçayda avtomobil yanıb
Göyçay, 12 noyabr, AZƏRTAC
Göyçay rayonunda avtomobil yanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə Göyçay şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, rayon sakini Natiq Şükür oğlu Əliyevə məxsus “Kia Sorento” markalı minik avtomobili alışaraq yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon yanğından mühafizə idarəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və ətrafa yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.11.2026 [18:32]
Şəki Tibb Kollecində Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
- 17.11.2026 [17:56]
Azərbaycan Dövlət Aqrar Universitetində Milli Dirçəliş Günü qeyd edilib
- 17.11.2026 [15:21]
Gəncə hakatonunun qalibləri NASA-da təcrübə keçəcəklər
- 17.11.2026 [15:13]