Goranboyda fitosanitar monitorinqlər aparılıb
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Goranboy rayonunda tütün və göyərti əkini sahələrində monitorinqlər aparıblar.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Monitorinqlər zamanı bitkilərin ümumi fitosanitar vəziyyəti, inkişaf və vegetasiya göstəriciləri, həmçinin bitkilərdə xəstəlik və zərərvericilərin mövcudluğu və yayılma səviyyəsi qiymətləndirilib. Təsərrüfat sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, onlara zərərvericilərə qarşı mübarizə tədbirləri, pestisidlərin təyinatı və düzgün istifadə qaydaları barədə ətraflı məlumat verilib.