GİROV GÖTÜRƏNLƏR TUTULMUŞLAR
Bakı, 26 yanvar (AZƏRTAC). Bakı şəhər sakinləri Vadim Quliyev və Nikolay Limberq qabaqcadan əlbir olaraq Bakı şəhər sakini, 25 yaşlı Timur Əliyevi girov götürmüş və valideynlərinə qaytarılması müqabilində 1 milyon manat fidyə tələb etmişlər.
Girovun atası Sərdar Əliyev cinayətkarlara “Mitsubishi Pajero”, “VAZ-2107” markalı avtomaşınlarını, 33 min manat nəğd pul və 4 min160 manat dəyərində qızıl-zinət əşyaları verdikdən sonra Timur azad edilmişdir.
Hadisə barədə əməliyyat məlumatı əldə edən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “isti izlər”lə əməliyyat-axtarış tədbirlərinə başlamışlar. Nəticədə V.Quliyev, N.Limberq və R.Hacıyev Nəsimi rayonu ərazisindəki “Nəsimi” bazarının yaxınlığında S.Əliyevdən əlavə olaraq 30 min dollar alarkən əməliyyat qrupu tərəfindən yaxalanmışlar.
Faktla bağlı cinayət işi açılmışdır, araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]