Azərbaycan Dövlət İnformasiya Agentliyi

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

GENİŞ TƏRKİBDƏ GÖRÜŞ

Bakı, 27 sentyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, sentyabrın 27-də Daşkənddə təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə danışıqları olmuşdur.

Prezident İslam KƏRİMOV görüş iştirakçılarına müraciət edərək dedi:

-Hörmətli İlham Heydər oğlu.

Azərbaycan nümayəndə heyətinin hörmətli üzvləri, dostlar!

Sizi Özbəkistan torpağında salamlamaqdan və sizin şəxsinizdə qardaş Azərbaycan xalqına dərin hörmətimi bildirməkdən hədsiz məmnunam. Fürsətdən istifadə edib bir daha vurğulamaq istərdim ki, Özbəkistanda Azərbaycan ilə Özbəkistan arasında səmimi dostluq hisslərinə əsaslanan dərin məzmunlu ikitərəfli dövlətlərarası münasibətləri yüksək qiymətləndirirlər. Prezidentlər arasında görüşlərə, yüksək səviyyədə görüşlərə, nazirliklər, müvafiq qurumlar səviyyəsində və işgüzar səviyyədə görüşlərə həmişə tələbat vardır. Biz Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana bu rəsmi səfərini ikitərəfli və çoxtərəfli münasibətlərin dinamikasını, məzmununu, etimada əsaslanan fikir mübadiləsini obyektiv qiymətləndirmək, ölkələrimizin əməkdaşlığının ən mühüm prioritetlərini müəyyən etmək üçün yaxşı bir imkan hesab edirik.

Biz 2008-ci ildə Özbəkistan nümayəndə heyətinin Azərbaycana məhsuldar səfərini, orada gördüyümüz unudulmaz ənənəvi Azərbaycan qonaqpərvərliyini və mehribanlığı xüsusi hərarət hissi ilə xatırlayırıq. Heç şübhəsiz, ölkələrimiz və xalqlarımız arasında səmimi qarşılıqlı hörmət və dostluq münasibətlərinin təzahürü üçün bizim milli ənənələrimizin, dilimizin, mədəniyyətimizin, dinimizin çoxəsrlik tarixi, eləcə də milli mənafelərimizin və müasir şəraitdə qarşımızda duran uzunmüddətli vəzifələrin ümumiliyi mühüm və münbit zəmindir. Azərbaycanlıların tamamilə aydın başa düşdüyü özbək dilində desək, “Bizim ulduzlarımız müştərək, dilimiz bir, dinimiz bir, ürəklərimiz birdir”.

Fürsətdən istifadə edib təkcə öz adımdan deyil, həm də ölkəmizin bütün ictimaiyyəti adından görkəmli şəxsiyyət, bütün həyatını, bütün enerjisini, dövlət xadiminə xas olan zəngin istedadını bütünlüklə doğma ölkənin dirçəldilməsinə, ona xidmətə həsr etmiş, Azərbaycanın bugünkü və gələcək həyatının təməlini yaratmış Heydər Əlirza oğlu Əliyevin xatirəsinə dərin hörmət hissini bildirmək istərdim. Biz onu Özbəkistan ilə Azərbaycan arasında qarşılıqlı etimad münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görmüş uzaqgörən siyasi xadim və müdrik insan kimi xatırlayır və qiymətləndiririk. Hörmətli İlham Heydər oğlu, təbii ki, həyata keçirməyə başladığınız, hərtərəfli düşünülmüş və ölçülüb-biçilmiş xarici və daxili siyasət xəttinin reallaşdırılması, ölkənizin iqtisadi qüdrətinin, onun potensialının gücləndirilməsi, beynəlxalq aləmdə artan nüfuzunun təmin edilməsi üçün Sizin nə qədər böyük gərginlik, qüvvə, enerji və əmək sərf etdiyinizi Özbəkistanda yaxşı bilirik. Ölkənizin çox zəngin ehtiyatlarından səmərəli istifadə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi, onun ixrac hissəsinin genişləndirilməsi, əhalinin rifahının və həyat səviyyəsinin keyfiyyətinin daim yüksəldilməsi üçün Azərbaycanda inamla reallaşdırılan proqram böyük hörmətə layiqdir. Bütün bunların Cənubi Qafqazda qarşıdurmanın, kənardan təhdid və təhlükələrin, dünya maliyyə-iqtisadi böhranının təsirinin hələ də davam etdiyi şəraitdə baş verdiyini nəzərə alsaq, bunun nəyin bahasına əldə edildiyi aydın olar.

Azərbaycan ilə ikitərəfli münasibətlərin strateji xarakter daşıdığını bildirən Özbəkistan Prezidenti əlaqələrimizin möhkəmlənməsinin Cənubi Qafqaz və Orta Asiya regionlarında uzunmüddətli sabitliyin təmin olunması işinə töhfə verə biləcəyini vurğuladı. İslam Kərimov Azərbaycan ilə Özbəkistan münasibətlərinin böyük perspektivlərə malik olduğunu qeyd edərək, iri regional layihələrin həyata keçirilməsində əməkdaşlığın əhəmiyyətindən danışdı. Ölkələrimiz arasında xarici siyasət sahəsində sıx koordinasiyanın həyata keçirilməsinin əhəmiyyətini diqqətə çatdıran Özbəkistan Prezidenti siyasi məsləhətləşmələrin bundan sonra da fəal şəkildə aparılmasının vacibliyini qeyd etdi. Sonra Özbəkistan dövlətinin başçısı Dağlıq Qarabağ münaqişəsinə toxunaraq dedi:

-Qeyd etmək istərdim ki, Özbəkistanın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı mövqeyi dəyişməz qalır, bu, 2008-ci ildə BMT Baş Məclisinin müvafiq qətnaməsinin müzakirəsi zamanı bir daha təsdiq edilmişdir. Özbəkistan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə siyasi həllinə ardıcıl şəkildə tərəfdar olmuş və tərəfdardır, eyni zamanda, hesab edir ki, problemin həllinin başlıca şərti Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir.

Azərbaycan ilə ölkəsi arasında iqtisadi əlaqələrə toxunan Özbəkistan Prezidenti dedi:

-Hörmətli dostlar, şübhəsiz ki, ticarət-iqtisadi, sərmayə əlaqələrinin dərinləşməsi ikitərəfli əməkdaşlığın prioritet istiqaməti, deyərdim ki, bütün digər qarşılıqlı münasibətlərimizin inkişaf etdirilməsinin təməl nöqtəsidir. Qeyd etmək istərdim ki, qlobal maliyyə-iqtisadi böhran şəraitində birgə fəaliyyət proqramının müəyyən edilməsi, iki dövlətin müəssisələri və şirkətləri arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, qarşılıqlı əmtəə dövriyyəsinin inkişafının əldə olunmuş sürətinin qorunub saxlanması və artırılması olduqca aktualdır. Bu gün Mərkəzi Asiyadan Xəzər dənizi, sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına nəql marşrutları, bir daha təkrar edirəm ki, getdikcə aktuallaşır. Bu baxımdan həmin marşrutda Cənubi və Mərkəzi Avropa bazarlarına çıxan yeni perspektivli Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə imkan verən mühüm nəqliyyat qovşağı kimi Bakı limanından istifadə olunmasına maraq artır.

Özbəkistan Prezidenti ölkələrimiz və xalqlarımız arasında mədəni əlaqələrə də toxunaraq dedi:

-Ənənəvi mədəni-humanitar əlaqələr bir-birinə yaxın olan özbək və Azərbaycan xalqları arasında etimadın, qarşılıqlı hörmətin möhkəmlənməsi işində mühüm amildir. Hörmətli İlham Heydər oğlu, Sizinlə birlikdə Daşkənd və Bakı şəhərlərində dahi əcdadlarımız Nizami Gəncəvi və Əlişir Nəvainin abidələrinin açılması, Azərbaycan paytaxtında küçələrdən birinə dünya şöhrətli astronom Mirzə Uluqbəyin adının verilməsi azərbaycanlılar və özbəklər arasında qarşılıqlı marağın, tarixən mövcud olan qarşılıqlı hörmətin parlaq nümunəsidir. Əminəm ki, səfəriniz zamanı açılacaq və öz xalqının görkəmli oğlu Heydər Əliyevin şərəfinə onun adı verilmiş Azərbaycan Mədəniyyət Mərkəzi iki xalq arasında səmimi dostluğun xoş ənənələrinin inkişafına xidmət edəcəkdir.

X X X

Azərbaycan Prezidenti İlham ƏLİYEV qonaqpərvərliyə görə təşəkkür edərək dedi:

-Hörmətli İslam Əbdüqəniyeviç, xoş sözlərinizə, qardaş Özbəkistana rəsmi səfərə dəvət etdiyinizə görə çox sağ olun. Mən bu səfərə çox böyük əhəmiyyət verirəm. Əminəm ki, bu səfərin ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, uğurlu əməkdaşlığımız üçün yeni şərait, zəmin yaradacaq, çox yaxşı nəticələri olacaqdır, əməkdaşlığımız genişlənəcək və yeni məna kəsb edəcəkdir.

Mənim atam, Azərbaycanın dahi lideri Heydər Əliyev haqqında dediyiniz xoş sözlərə görə sizə çox minnətdaram. Sizi onunla uzun illər birgə iş, dostluq, əməkdaşlıq əlaqələri bağlayırdı. Mən həm də çox şadam ki, sizin təməlini qoyduğunuz ənənələr bu gün davam edir və ölkələrimiz, qardaş xalqlarımız çox səmərəli qarşılıqlı fəaliyyət göstərir və daha da yaxınlaşmağa can atırlar. Hörmətli İslam Əbdüqəniyeviç, siz və Heydər Əliyev müasir Özbəkistanın və Azərbaycanın qurucususunuz. Bu ölkələrin necə olacağı məhz sizin uzaqgörənliyinizdən, müdrikliyinizdən və siyasi iradənizdən asılı idi. Çünki Sovet İttifaqının süqutundan sonra, prinsip etibarilə bütün keçmiş sovet respublikaları demək olar ki, bərabər vəziyyətdə idilər və eyni çağırışlar və problemlər qarşısında dayanmışdılar. Buna görə də ölkələrimizin indiki uğurlu inkişafı, ilk növbədə, bu ölkələrin liderlərinin fəaliyyətinin nəticəsidir. Özbəkistanın dinamik uğurlu inkişafı barədə mətbuatdan və müxtəlif mənbələrdən aldığım məlumatlar məni çox sevindirir.

Prezident İlham Əliyev ölkələrimizin ortaq dəyərlərə, zəngin tarixi və mədəni irsə malik olduğunu vurğulayaraq, bütün bunların ikitərəfli münasibətlərin inkişafı üçün möhkəm əsas yaratdığını bildirdi. “Bu möhkəm əsaslar üzərində siyasi və iqtisadi əlaqələrin uğurla inkişafına iri potensial iqtisadi layihələrin işlənməsi də əlavə edilərsə nadir regional format yaranır”, - deyən dövlətimizin başçısı bildirdi ki, bu gün ölkələrimiz dinamik şəkildə inkişaf etməklə yanaşı, regional sabitliyin təmin olunmasında da mühüm rol oynayırlar:

-Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində daimi prinsipial mövqeyinə görə Özbəkistana çox minnətdarıq. Bu dəstək və münaqişənin mahiyyətinin, səbəblərinin dərindən başa düşülməsi bizim üçün çox vacibdir. Sizin bu mövzuda bugünkü bəyanatınız böyük əhəmiyyət kəsb edir, çünki münaqişə, onun nizamlanması çox uzanmışdır. Biz 2008-ci ildə BMT Baş Məclisində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair məsələ ilə bağlı səsvermə zamanı Özbəkistanın ifadə etdiyi mövqeyə görə çox minnətdarıq. Biz münaqişənin mümkün qədər tez həll olunmasına səy göstəririk. Çünki işğal altında olan məhz bizim torpaqlarımızdır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmış, hərbi cinayətlər, o cümlədən Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı törədilmişdir. O zaman erməni işğalçı quldur dəstələri 613 dinc vətəndaşı məhv etmişdir, onların 100-dən çoxu azyaşlı uşaqdır.

Məlum olduğu kimi, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. “Qarabağ” sözünün özü bizim köklərə malikdir. Erməni dilində bu sözün heç bir mənası yoxdur.

Dağlıq Qarabağın əsas şəhəri Xankəndidir. Bu şəhər yarananda onun adı Xankəndi olmuşdur. Zənnimcə, bu adı tərcümə etməyə ehtiyac yoxdur. Sovet dövründə bu şəhərə 1918-ci ildə Bakıda Azərbaycanın dinc əhalisinin qanlı qırğınının təşkilatçılarından biri olmuş bolşevik Stepan Şaumyanın “şərəfinə” Stepanakert adı verilmişdi. Yəni, hətta toponimlər kimi detal da Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olmasına, xalqımızın əsrlər boyu orada yaşamasına dəlalət edir. Təxminən XIX əsrin birinci yarısından etibarən ermənilərin başqa regionlardan kütləvi şəkildə Dağlıq Qarabağa köçürülməsi başlanmışdır. Sovet İttifaqı dağılarkən azərbaycanlılar etnik təmizləməyə, deportasiyaya və kütləvi qətllərə məruz qalmışlar. Həmçinin Dağlıq Qarabağın ətrafındakı yeddi rayonda yaşayan yüz minlərlə Azərbaycan vətəndaşları kimi, Dağlıq Qarabağın azərbaycanlı əhalisi də oradan qovulmuşdur. Bu gün həmin ərazilərdə şəhərlər və kəndlər viran edilmiş, milli sərvətlərimiz, muzeylərdə saxlanan əşyalar talan olunmuş, qəbiristanlıqlar təhqir edilmiş, məscidlər dağıdılmışdır. Bu haqsızlıq artıq onilliklərdir ki, davam edir.

Beynəlxalq təşkilatlar bu məsələ barədə öz mövqelərini bildirmişlər. BMT-nin Təhlükəsizlik Şurası bu barədə dörd qətnamə qəbul etmişdir. BMT-nin Baş Məclisi, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası müvafiq sənədlər qəbul etmişlər. Lakin təəssüf ki, bunun nəticəsində münaqişənin tənzimlənməsi reallığa çevrilməmişdir. Biz ümid edirik ki, beynəlxalq birlik, ilk növbədə nizamlama prosesi ilə bilavasitə məşğul olan ölkələr münaqişənin tezliklə tənzimlənməsi üçün maksimum səy göstərəcək, bu məsələdə beynəlxalq hüququn prinsiplərindən çıxış edəcəklər. Əminəm ki, bu, regionun bütün ölkələrinin maraqlarına uyğundur. Azərbaycan isə, öz tərəfindən bu vəziyyətlə heç vaxt barışmayacaqdır. Xalqımız bununla heç vaxt barışmayacaqdır. Hətta valideynləri Dağlıq Qarabağdan və onun ətrafındakı ərazilərdən qovulmuş, özləri Bakıda və Azərbaycanın digər şəhərlərində doğulmuş uşaqlar da həmin torpaqlarda heç vaxt olmasalar da, bir arzu ilə - əzəli Vətənə qayıtmaq arzusu ilə yaşayırlar. Mən əminəm ki, o gün gələcəkdir. Şübhə etmirəm ki, Azərbaycan ərazi bütövlüyünü, ədaləti bərpa edəcək, bütün vətəndaşlarımız tarixi yaşayış yerlərinə qayıdacaqlar. Bu mənada bizi düzgün başa düşdüyünüzə və dəstəklədiyinizə, ən başlıcası isə, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan prinsipial mövqeyinizə görə Sizə bir daha təşəkkür etmək istəyirəm.

Sonra Prezident İlham Əliyev Azərbaycan ilə Özbəkistan arasında nəqliyyat sahəsində əməkdaşlığa toxunaraq dedi:

-Fikrimcə, biz dəmir yolu əlaqəsinin yaradılması barədə daha fəal məsləhətləşmələr apacağıq. Bildiyiniz kimi, biz bu istiqamətdə iş aparırıq və Bakı-Tbilisi-Qars dəmir yolu iki ildən sonra işə düşməlidir. Bunun nəticəsində malgöndərənlər üçün təhlükəsiz, iqtisadi cəhətdən səmərəli və cəlbedici olan, qitələri birləşdirəcək tamamilə yeni arteriya açılır. Bu, dostluq, əməkdaşlıq və qarşılıqlı səmərəyə xidmət edən dəmir yolu olacaqdır.

Humanitar əlaqələrin inkişafından danışan dövlətimizin başçısı bu sahədə də əməkdaşlığı yüksək qiymətləndirərək dedi:

-Biz ölkələrimiz arasında Sizin dediyiniz ənənəvi humanitar əməkdaşlığı çox yüksək qiymətləndiririk. Bu, tamamilə təbiidir, çünki xalqlarımız - qardaş xalqlardır, yaxın xalqlardır. Biz özbək ədəbiyyatını, musiqisini, mədəniyyətini çox sevirik. Yəni, bunlar sizin üçün olduğu kimi, bizim üçün də əziz və doğmadır. Bu gün ölkələrimizin paytaxtlarında xalqlarımızın görkəmli nümayəndələrinə abidələr ucaldılması da bizim münasibətlərin göstəricisidir, bir-birimizə bəslədiyimiz hisslərin nümayişidir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Ordubadda ağır yol qəzası olub, bir nəfər həyatını itirib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Dublində diplomatik gündəm: Azərbaycan faktoru VİDEO

Gənclərə şəhərsalma sahəsində mövcud çağırışlara müasir texnologiyalar vasitəsilə həllər hazırlaması təşviq edilir

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı VİDEO

Qazaxıstanlı politoloq Prezident İlham Əliyevin diplomatiya kursu, Azərbaycanın beynəlxalq nüfuzu barədə danışıb

Professor: Dublin Sammiti Azərbaycanın Avropa siyasi məkanında artan çəkisini göstərir

Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub

“Kür” komandasının baş məşqçisi: Cavab oyununda qalib gələrək mübarizəni davam etdirmək lazımdır

Avropa Kuboku: "Kür" həndbol komandası ilk matçda Şimali Makedoniya təmsilçisinə uduzub

“NVIDIA Inception” proqramına seçilmiş Azərbaycan startapının süni intellekti 10 min kameranın görüntüsünü eyni vaxtda təhlil edir

Azərbaycan–Britaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və Bakının artan geosiyasi gücü - TƏHLİL

Avropa İttifaqı karbon emissiyası kvotalarının artırılması barədə qərar qəbul edib

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Gələn ilin dövlət büdcəsinin layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

İpoteka və Kredit Zəmanət Fondu, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və “AzInTelecom” birgə məlumat yayıb

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

İqlim dəyişmələrinə uyğunlaşma həlləri üzrə bazarın həcmi 1 trilyon dolları ötür - Hesabat

Azərbaycan səfiri FAO yanında daimi nümayəndə kimi etimadnaməsini təqdim edib

Bəxtiyar Aslanbəyli: Süni intellektin tətbiqində hüquqi və etik məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir

Gənclər Fondu: Əsas məqsədimiz gənclərin insanyönümlü şəhər ideyasına yaxınlaşmalarıdır

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Dublin görüşləri Azərbaycanın beynəlxalq nüfuzunun və Avropa ilə strateji tərəfdaşlığının gücləndiyini göstərir TƏHLİL

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib