GENDER PROBLEMLƏRİ MÜZAKİRƏ OLUNUR
Milli Məclisin deputatları Məlahət Həsənova, Asəf İmaməliyev, Neft Akademiyasının dosenti, gender üzrə ekspert Tamam Cəfərova Sumqayıt ictimaiyyəti ilə görüşmüşlər.
Görüşdə gender məsələləri müzakirə olunmuş, qərarların qəbul edilməsində kişi və qadınların bərabər iştirakı problemi ilə bağlı fikirlər dinlənilmişdir.
Qeyd olunmuşdur ki, payızda parlamentdə gender məsələlərinə dair qanun layihəsi müzakirə olunacaqdır. Ona görə də deputatlar bu məsələ ilə bağlı informasiyanın və rəylərin toplanmasında maraqlıdırlar.