Gəncədə partlayış baş vermişdir, ev sahibi xəsarət almışdır
Bakı, 8 noyabr (AZƏRTAC). Gəncə şəhərində partlayış baş vermişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Səfəvilər küçəsi ev 4-də yaşayan Yaqub Nəsibovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Nəticədə evin arakəsməsi çatlamış, 10 kvadratmetr sahədə ev əşyaları yanmış, yanıq xəsarəti almış Y.Nəsibov isə xəstəxanaya yerləşdirilmişdir.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]