Gəncədə mağazada nöqsanlar aşkar edilib
Bakı, 15 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhəri, Z.Əliyeva küçəsində fəaliyyət göstərən mağazada keçirilmiş yoxlama zamanı normativ sənədlərin tələblərinə əməl olunmadığı məlum olub.
Satışa çıxarılan müxtəlif növ qida məhsulları üzərində məhsula aid müşayiətedici etiketlərin olmadığı və istehsal tarixi, son istifadə müddəti ilə bağlı düzgün məlumatların verilmədiyi, həmçinin yararlılıq müddəti bitmiş yumurta və digər məhsullar aşkar edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, pozuntuların aradan qaldırılmasına dair icrası məcburi göstərişlər verilib.
Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]