Gəncədə ev yanıb
Gəncə, 11 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə evdə yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhərin Təbriz küçəsində yerləşən Şahmar Hüseynova məxsus 200 kvadratmetr sahəsi olan 5 otaqlı evdə yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı evin 190 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb. Yanğının yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.