Gəncədə ekoloji reydlərə başlanılmışdır
Gəncə, 24 avqust (AZƏRTAC). Respublika ərazisində atmosferi çirkləndirən nəqliyyat vasitələrinin sürücülərinə qarşı mübarizə tədbirləri çərçivəsində Gəncədə reydlərə başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, dövlət yol polisi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı ərazi şöbəsi əməkdaşlarının birgə reydləri müddətində 50-dən çox avtomobil saxlanılmış, onlardan 11-nin mühərrikində nasazlıq aşkar edilmişdir.
Atmosferi çirkləndirdiklərinə görə sürücülərə müvafiq qaydada cərimələr tətbiq olunmuş, onlara nəqliyyat vasitələrinin yanacaq sisteminin tənzimlənməsi, mühərrikdən havaya atılan zərərli qazların həcminin normaya uyğunlaşdırılması barədə təlimatlar verilmişdir.
Reydlər davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]
Sabahın hava proqnozu açıqlanıb
- 11.11.2026 [12:39]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 11.11.2026 [12:27]
Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO
- 11.11.2026 [11:14]
Azərbaycanlı könüllülər COP31-də
- 11.11.2026 [10:29]
Antalyada COP31 konfransı işini davam etdirir VİDEO
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]