GƏNCƏDƏ DONORLARIN SAYI ARTMIŞDIR
Gəncə, 25 yanvar (AZƏRTAC). 2009-cu ildə qan vermək məqsədi ilə Gəncə qanköçürmə mərkəzinə 2284 nəfər müraciət etmişdir ki, bu da əvvəlki ilə nisbətən 817 nəfər çoxdur. 2008-ci ildə 716 litr qan tədarük olunmuşdursa bu rəqəm keçən il 1135 litr olmuşdur.
Gəncə qanköçürmə mərkəzinin baş həkimi Tahirə Məmmədovanın məlumatına görə, donorların sayının artması qanın saxlanmasında və tədarükündə heç bir problem yaratmamışdır. Belə ki, mərkəz keçən il yeni soyuducu, dondurucu aparat və analizatorla təmin edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]