GƏNCƏDƏ BİZNESFORUM KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, xarici və yerli sərmayədarları cəlb etmək məqsədi ilə sentyabr ayında Gəncədə biznesforum keçiriləcəkdir. Şəhər icra hakimiyyəti ilə İqtisadi İnkişaf Nazirliyinin birgə keçirəcəyi forumda 100-dən artıq xarici və yerli iş adamı iştirak edəcəkdir. Xarici sərmayədarların forumda iştirakı ölkəmizdə fəaliyyət göstərən səfirliklərin xətti ilə təmin olunacaqdır. Gəncədə fəaliyyət göstərən müəssisə və təşkilatlardan şəhər icra hakimiyyətinə daxil olan layihələr foruma qədər xarici və yerli sərmayədarlara Azərbaycanın ikinci paytaxtının sosial-iqtisadi vəziyyəti barədə ilkin məlumat vermək məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin İnternet saytında yerləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [18:22]
ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb
- 13.11.2026 [18:08]
Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb
- 13.11.2026 [17:55]
Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb
- 13.11.2026 [17:45]
Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb
- 13.11.2026 [17:42]