GƏNCƏDƏ AĞIR QƏTL HADİSƏSİ BAŞ VERMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 22-də saat 23.00 radələrində Gəncə şəhəri Nizami rayonunun sakini İlqar Məmmədov Daşkəsən rayonunda yaşayan qayınatası Bayram Əliyevin evində olarkən ailə münaqişəsi zəminində ona, qayınanası Gülarəyə və arvadı Azadəyə bıçaqla xəsarət yetirmişdir. Həmin gün saat 23.50 radələrində İ.Məmmədovun qayınları Eldəniz və Elsevər Əliyevlər onu öz evində bıçaqla qətlə yetirmişlər.
Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev qardaşları tutulmuşlar.
Faktla bağlı cinayət işi açılmışdır, təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]