Gəncədə 18 yaşlı qadın bıçaqlanıb
Gəncə, 14 sentyabr, AZƏRTAC
Gəncə şəhərində bıçaqlanma hadisəsi olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata görə, Yevlax sakini Murad Əmiraslanov qeyri-rəsmi nikahda olduğu Gəncə sakini, 18 yaşlı Aygün Əmiraslanovaya mübahisə zəminində çoxsaylı bıçaq zərbələri endirib. Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Murad Əmiraslanov polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:54]
Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada
- 16.11.2026 [12:13]
Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib
- 16.11.2026 [11:23]
Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb
- 16.11.2026 [11:13]
Qəbələdə məktəblilərə öz hüquqları barədə ətraflı məlumat verilib
- 16.11.2026 [10:57]