“Gəncə” klubu yeni voleybolçu transfer edib
Bakı, 21 oktyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətinə yeni oyunçu cəlb edib.
Klubdan AZƏRTAC-a verilən məlumata görə, Gəncə təmsilçisi rusiyalı libero Vitalina Andreyanenkova ilə 1 illik müqavilə imzalayıb.
Voleybolçu ötən mövsümü Rusiyanın “Tulitsa” komandasında keçirib.
Yeni mövsümdə Azərbaycan Yüksək Liqasında debüt edəcək “Gəncə” daha əvvəl Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova, Leyla Parşkova, braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç, rusiyalı idmançılar Olqa Zaxarova, İrina Klimanova, Anastasiya Salina, Arina Qotselyuk, Yuliya Tyuşeva, Anna Balberova və Anna Dmitrievanı heyətinə qatıb. Komandaya belaruslu baş məşqçi Sergey Çasnavitski rəhbərlik edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [17:44]
Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 13.11.2026 [17:07]
Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir
- 13.11.2026 [16:53]
Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir
- 13.11.2026 [16:20]
Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?
- 13.11.2026 [15:55]
Azərbaycan Premyer Liqası: İlin son turlarının oyun cədvəli açıqlanıb
- 13.11.2026 [13:17]
Azərbaycanı U-23 Avropa çempionatında 7 boksçu təmsil edəcək
- 13.11.2026 [13:08]