GƏMİDƏ İKİ TON TİRYƏK AŞKARLANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, Venesueladan yük gətirən Toqo dövlətinə məxsus gəmi beynəlxalq normalara uyğun olaraq, Fransa gəmisi tərəfindən Qvineya körfəzində saxlanılmış, axtarış zamanı onun göyərtəsində iki ton tiryək aşkarlanmışdır. Toqo hökumətinin razılığına əsasən göyərtəsində narkotik maddə tapılmış gəmi Lome limanına gətirilmişdir. Hazırda gəmidə insan həyatı üçün təhlükəli yükün kimə məxsus olması araşdırılır.