Gədəbəy rayonuna infotur təşkil ediləcəkdir
Bakı, 5 sentyabr (AZƏRTAC). Sentyabrın 10-11-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Millennium” turizm şirkəti və “Skal İnternational” Beynalxalq Turizm Təşkilatı Bakı Klubunun təşkilatçılığı ilə Gədəbəyə infotur təşkil ediləcəkdir.
İnfotur Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının müvafiq bəndlərinin icrasına əsasən reallaşdırılan “Azərbaycanda yeni turizm marşrutlarını kəşf edək” layihəsi çərçivəsində həyata keçirilir
“Millennium” turizm şirkətindən AZƏRTAC-a bildirmişlər ki, infoturun məqsədi regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirməkdir. İnfotur həm də bu sahə üzrə xidmət obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, daxili turizm bazarının fəallığını artırmaq, eyni zamanda, iştirakçıları Gədəbəy rayonunun turizm potensialı, mövcud infrastrukturu, əsas turizm xidmətləri ilə tanış etmək məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:07]
Bu ilin 9 ayında Azərbaycana ən çox Rusiya və Türkiyədən turist gəlib
- 12.11.2026 [17:34]
Azərbaycan və Cənubi Koreya arasında turizm əlaqələri genişləndirilir
- 11.11.2026 [12:26]
Palma zirvəsində üç gün
- 06.11.2026 [15:35]