Bakı, 8 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş Füzuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, partlayış nəticəsində traktora ziyan dəyib, xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xəbəri sosial şəbəkələrdə paylaşın
Bizi sosial şəbəkələrdə izləyin