FRANSANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycanın və Fransanın dövlət himnləri səsləndi.
Fransanın Bakıdakı səfiri Rolan Blatman mərasimdə çıxış edərək bildirdi ki, həm Fransa, həm də Azərbaycan demokratik dəyərlərin daşıyıcısı olan ölkələrdir. Diplomat dedi: “Azərbaycanla Fransa dost dövlətlərdir və əminəm ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi münasibətlər, habelə mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq bundan sonra da dönmədən inkişaf edəcəkdir”.
Milli Məclisin sədri Murtuz Ələsgərov mərasimdə çıxış edərək, əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, fransız xalqına əmin-amanlıq və firavanlıq arzularını yetirdi.
Parlamentin sədri xatırlatdı ki, Azərbaycan ilə Fransa arasında əlaqələrin dərin tarixi kökləri var, 1992-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlər qurulması bu əlaqələrə yeni təkan vermişdir.
Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması sahəsində Fransa rəhbərliyinin fəaliyyətini yüksək qiymətləndirdi.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak edirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [18:01]
Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL
- 13.11.2026 [17:24]
Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?
- 13.11.2026 [16:42]