FRANSANI YENİDƏN NÜMAYİŞ DALĞASI BÜRÜMÜŞDÜR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, martın 7-də Fransanı yenidən izdihamlı nümayiş dalğası bürümüşdür. Müxtəlif təşkilatların həmkarlar ittifaqlarının çağırışı ilə ölkənin ayrı-ayrı şəhərlərində bir milyona yaxın nümayişçi hökumətin ilk iş müqaviləsinə dair layihəsinə etirazlarını bildirmişdir. Yeni layihədə 26 yaşından aşağı gənclər işə götürülərkən onlarla müəssisələr arasında bağlanan müqavilədə işdən azad edilmənin səbəblərinin göstərilməməsi kəskin etiraza səbəb olmuşdur. Nümayişdə nəqliyyat, təhsil işçiləri, tələbələr iştirak etmişlər.
Parisdə 200 minlik aksiya iştirakçıları paytaxtın Respublika meydanından Nasyon meydanına doğru hərəkət edərək, yeni layihəni pisləyən şüarlar səsləndirmişlər.
Marsel, Bardo, Nant, Tuluza, Lion və digər şəhərlərdə də yüz minlərlə insan kütləvi etiraz aksiyalarında iştirak etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.11.2026 [13:46]
Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb
- 20.11.2026 [13:09]
Ekspertlərdən xəbərdarlıq: Britaniya ordusu dron dövrünə hazırlaşmalıdır
- 20.11.2026 [13:07]
Britaniyada ölkə miqyasında gizli kibertəhlükəsizlik əməliyyatı keçirilib
- 20.11.2026 [12:44]
İslamabadda Türkiyə-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib
- 20.11.2026 [12:42]