Fransada quş qripi tüğyan edir
Paris, 8 yanvar, AZƏRTAC
Fransada quş qripi tüğyan edir. Ölkədə artıq 350 min ördək kəsilib. Təsərrüfatçılar virusun qarşısını almaq üçün kütləvi kəsimə çağırırlar.
AZƏRTAC xəbər verir ki, Fransa hal-hazırda iki epidemiyaya qarşı mübarizə aparır. Quş qripi ölkədə sürətlə yayılır. Virusun nəzarətdən çıxdığı bildirilir. Quşçuluq fermaları bir müddət boş saxlanılacaq. Mütəxəssislər quşçuluq fermalarının boşaldılmasını və yalnız 2 aydan sonra istifadəyə verilməsinin vacibliyini vurğulayıblar. Ölkədə quş qripinin 124 mənbəyi müəyyən edilib.
Son həftə ərzində yoluxma mənbələrinin sayı iki dəfədən çox artıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [16:23]
Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu
- 13.11.2026 [16:03]
İran ABŞ-nin MQ-1 PUA-sını vurub
- 13.11.2026 [15:12]
Myanmada daşqınlar səbəbindən 4950 nəfər təxliyə edilib
- 13.11.2026 [12:43]