Fransada qatar sürücüləri tətil edirlər
Paris, 13 yanvar, AZƏRTAC
“Sud Rail” və Fransa Milli Dəmir Yolları şirkətinin (SNCF) CGT həmkarlar ittifaqları yanvarın 13-ü üçün tətil çağırışı ediblər.
AZƏRTAC xəbər verir ki, həmkarlar ittifaqları bu çağırışı məcburi illik danışıqların (NAO) başladığı gündə elan ediblər.
SNCF-in rəhbəri Jan Kasteks tərəfindən elan edilən 400 avro məbləğində mükafat məbləğinə baxmayaraq, “Sud Rail” və CGT bunu yetərli hesab etmir. Onlar bu məbləğdə daimi maaş artımı, pensiyaların artırılması və “13-cü maaşın” verilməsini tələb edirlər.
Həmkarlar ittifaqları, həmçinin, peşə fəaliyyətinin daim genişlənən vəzifələrlə daha da çətinləşdiyini, eyni zamanda kadr çatışmazlığının mövcud olduğunu vurğulayırlar. Bu səbəblərlə elan edilən tətil ciddi nəqliyyat problemləri yarada biləcəyi ilə bağlı narahatlıq doğurub.
SNCF rəsmi açıqlamasında bildirib ki, Okzitaniya (Occitanie) və İl-de-Frans (Île-de-France) bölgələrində qatarların hərəkət qrafikində dəyişikliklər gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.11.2026 [23:06]
Tramp Ağ Evin aparat rəhbərini dəyişir
- 06.11.2026 [22:32]
Tramp: İranın qarşısını almasaydım, İsrail və Yaxın Şərq mövcud olmazdı
- 06.11.2026 [18:42]
Şotlandiyada polisə hücum edilib, 7 nəfər saxlanılıb
- 06.11.2026 [18:34]
Avropada təbii qazın qiyməti həftə ərzində 16 faizədək azalıb
- 06.11.2026 [18:31]