FRANSADA 385 KİLO HEROİN TUTULMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın Dünkerq limanının gömrük xidmətinin əməkdaşları yük maşınında axtarış zamanı 350 kiloqram heroin tutmuşlar. Son bir neçə ildə ikinci dəfədir ki, belə rekord miqdarda narkotik maddə ələ keçirilmişdir.
Qara bazarda 10 milyon avro dəyərində olan bu qədər heroin İngiltərəyə yük daşıyan avtomaşındakı idman sumkalarında tapılmışdır.
Cinayət axtarışı idarəsinin məlumatına görə, sürücü cinayət məsuliyyətinə cəlb edilmişdir.
Ölkənin Mort-e-Mozel departamentinin Nansi şəhərində isə polis şübhələndikləri sakinin qarajında axtarış apararkən gizlədilmiş 35 kiloqram heroin tapmışdır. Satış üçün kiçik paketlərdə qablaşdırılmış narkotik maddənin qara bazarda 2 milyon avro qiyməti olduğu bildirilmişdir.
Polis “ağ ölüm” alverçisi barədə cinayət işi qaldırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.11.2026 [21:01]
Nigeriyada gəmi qəzası: 50-dən çox insan ölüb, axtarışlar davam edir
- 21.11.2026 [20:03]
Tramp: ABŞ və İran arasındakı razılaşma daimi olmalıdır
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:03]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Peruda güclü zəlzələ baş verib
- [07:09]