Azərbaycan Dövlət İnformasiya Agentliyi

FRANSA PREZİDENTİ JAK ŞİRAKIN NİTQİ

FRANSA PREZİDENTİ JAK ŞİRAKIN NİTQİ
- Hörmətli cənab Prezident,
Hörmətli xanım,
Xanımım və mən Sizi Parisdə qəbul etməkdən çox məmnunuq. Bütün fransızlar adından ən dərin səmimiyyətlə Sizə “Xoş gəlmisiniz!” deyirik. Münasibətlərimizin tarixində bu ilk dövlət səfəri ölkələrimiz arasındakı dostluğu alqışlamaq fürsətidir. Bu güclü və səmimi dostluğun təşəbbüskarı Sizin atanız mərhum Heydər Əliyev olmuşdur. İcazə verin, bu təntənəli anları onun xatirəsi ilə bağlayaq.
Cənab Prezident!
Ölkələrimiz arasındakı münasibətlərin tarixi hələ ki, qısadır. Lakin bu münasibətlər bizim ziyalılarımız və böyük yazıçılarımız tərəfindən əsrlər boyu formalaşdırılmış tellərə söykənir.
Bölgədəki xalqların özünəməxsusluğu Xəzər sahillərinin çoxsaylı səyahətçiləri arasında Fransada və Avropada ən yaxşı tanınan Aleksandr Dümanın “Qafqaza səyahət” əsərində təsvir olunmuşdur. 1858-ci ildə Bakıda Düma qonağı olduğu ev sahiblərinin fransız mədəniyyəti və fəlsəfəsinə marağına valeh olmuşdur. Paytaxt şəhərin cazibəsinə vurulmuş Düma Sizin poeziya ənənələrinizin və onun böyük nümayəndələrinin, o cümlədən məşhur Nizami Gəncəvinin əsərlərinin və böyük şairəniz Natəvanın heyranedici təsirinə qapılmışdır. Belə deyirlər ki, Natəvan öz istedadı və gözəlliyi ilə onu məftun etmişdir.
İlk Azərbaycan Respublikasının süqutundan sonra, Azərbaycan ziyalılarının bir sıra böyük şəxsiyyətləri təbii ki, məhz Fransaya üz tutdular. Mən Fransanı ikinci vətən seçmiş və yazıçı həyatını Bakı və Paris arasında paylaşan Baninin adını çəkmək istərdim. Mən parlamentin sədri və Versal konfransında Azərbaycan nümayəndə heyətinin başçısı, son məskəni Sən-Klodda dəfn edilmiş Əlimərdan bəy Topçubaşovun adını çəkmək istərdim.
1991-ci ildə, bir çoxlarının tərəddüd etdiyi vaxtda, Fransa Türkiyə ilə birlikdə Sizin Vətəninizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri olmuş və ona öz inamını ifadə etmişdir.
Ölkənizin müstəqilliyini müşayiət edən sınaq illərindən sonra, mərhum atanız Azərbaycan üçün yeni yüksəliş şəraiti yarada bilmişdir. Onun 1994-cü ildə ölkənizin karbohidrogen ehtiyatlarının istismara verilməsi, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin inşası ilə bağlı strateji qərarlarına Fransa öz dəstəyini vermişdir. Həmin qərarlar Sizin ölkənizə dünyada ən yüksək iqtisadi artım göstəricisinə nail olmağa imkan vermişdir. Bu qərarlar Sizə vətəndaşlarınızın legitim arzularına və daha böyük iqtisadi və sosial inkişafa doğru yönələn ümidlərinə cavab vermək vasitəsinə çevrilmişdir. Eyni zamanda, uzaq perspektivdə ölkənizdə sabitlik və firavanlığı təmin edəcək ictimai azadlıqlar və demokratiyanın möhkəmləndirilməsinə yönəlmiş arzu və ümidlərdən də söhbət gedir. Bu, Sizin ölkənizdəki dini dözümlülük və bərabərlik ənənəsinə tam uyğun bir yoldur. Xatırlatmaq lazımdır ki, ölkəniz qadınlara seçki hüququnu hələ 1918-ci ildə vermişdir.
Cənab Prezident!
Tarixinizin bu yeni mərhələsində Fransa əsl demokratiya, eləcə də müasir və çoxşaxəli iqtisadiyyatın yaradılmasına kömək göstərmək üçün öz milli təcrübəsini Sizinlə paylaşmağa və xüsusən də hüquqi dövlətin formalaşması sahəsində də əməkdaşlığı möhkəmləndirməyə hazırdır.
Fransız şirkətləri öz təcrübələrini iqtisadi inkişafınız üçün bölüşməyi arzulayır. Onlar Bakı, onun strateji ürəyi olan Xəzərdə karbohidrogen ehtiyatlarının istismarında, habelə digər sektorlara sərmayə qoyulmasında fəaliyyətlərini genişləndirməyə hazırdırlar.
Şirkətlərimiz istər ətraf mühit, şəhərsalma işləri, bank sektoru, sığorta, istərsə də kənd təsərrüfatı, yeyinti sənayesi sahələrində ölkənizin tələbatlarına cavab vermək iqtidarında olacaqdır. Mən onlarla işləməyi tam səmimiyyətilə Sizə tövsiyə edirəm.
Eyni zamanda, biz qarşılıqlı mədəni əlaqələrimizi gücləndirmək istəyirik. 2004-cü ildə “Orangerie” muzeyində “Bakı-Paris” sərgisindən sonra, Fransada böyük Azərbaycan mədəniyyəti günləri layihəsi fransız ictimaiyyətinə Azərbaycanı, əsasən də, onun valehedici muğam sənəti, böyük bəstəkarlar Üzeyir Hacıbəyov və Qara Qarayevin yaradıcılığından bugünkü müasir əsərlərə qədər musiqi ənənələri ilə yenidən tanış olmağa imkan verəcəkdir.
Cənab Prezident!
Siz bilirsiniz ki, on ildən artıq müddət ərzində Fransa Minsk qrupu çərçivəsində ağrılı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini əsirgəməmişdir.
Mən bunu Yerevanda bəyan etmişəm. Bu axşam bunu bir daha Sizə deyirəm. Fransa bu gün inanmaq istəyir ki, sülh vaxtı artıq yetişmişdir. Fransa buna inanmaq istəyir, çünki o, müharibənin nəyə bərabər olduğunu bilir. Buna nail olmaq son addımın atılmasını tələb edir. Çətin bir addımdır. Elə bir addımdır ki, insanların gələcəyinə yönəlmiş etimad aktı olacaqdır. Cəsarətli hərəkəti status-kvonun zahiri təhlükəsizliyindən üstün tutmaq lazımdır. Bu son addım həm Bakıda, həm Yerevanda atıla bilər, çünki onun nəticəsində nurlu həyatın, sülh və firavanlığın üfüqləri açılacaqdır. Mən bu arzuları bütün Cənubi Qafqaz xalqları üçün ifadə etmək istərdim.
Cənab Prezident!
İndi isə icazə verin, badəmi Azərbaycanın, onun xalqının və gələcəyinin şərəfinə qaldırım.
Cənab Prezident, mən badəmi Sizin şərəfinizə və çox dərin hörmət bəslədiyim xanımınız Mehriban Əliyevanın şərəfinə qaldırıram.
Mən badəmi bu axşam öz iştirakları ilə bizim dostluğumuza və bu dostluğun gələcəyinə inandıqlarını nümayiş etdirən iki ölkənin bütün yüksəkvəzifəli şəxslərinin şərəfinə qaldırıram.
Yaşasın Azərbaycan!
Yaşasın Fransa!
Yaşasın bizim dostluğumuz!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO