FRANSA MÜNƏCCİMLƏRİ NİKBİNDİRLƏR
Dahi Mişel Nostradamusun ardıcılları sayılan Fransa münəccimləri gələn ilin mürəkkəb ulduz falı üzərində işi başa çatdırmışlar. Onların fikrincə, yeni il narahat və təhlükəli, eyni zamanda, uğurlu olacaqdır. Bütün il boyu Yer kürəsi müsbət enerjinin təsiri altında fırlanacaq ki, bu da yaxın 12 ay ərzində dünya miqyasında iri böhranların və münaqişələrin baş verməsinin qarşısını alacaqdır.
Gələn il Yer dörd planetin - Saturn, Mars, Neptun və Plutonun mənfi enerjisinin təsirinə məruz qalacaqdır. Neptun və Pluton dünya iqtisadiyyatına və iqlimə pis təsir göstərəcəkdir. Bununla əlaqədar, münəccimlər neftin qiymətinin qalxacağını və təbiətdə kataklizmlər baş verəcəyini proqnozlaşdırırlar.
Lakin mənfi təsirlərin ciddi nəticələri olmayacaqdır. Belə ki, kosmik qüvvələrin mənfi impulsları Marsla Günəşin və Uranla Yupiterin müsbət təsiri ilə neytrallaşdırılacaqdır. Bu cütlər həm də Avropanın iri dövlətlərində hakimiyyətin möhkəmlənməsinə təsir göstərəcəkdir. Onlar dünya iqtisadiyyatının yüksələn xətlə inkişafını saxlamağa və neftin qiymətinin artması probleminin həlli yollarını tapmağa kömək edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [18:53]
London Brüssellə yeni razılaşmalar əldə etməyə çalışır
- 12.11.2026 [18:44]
Polyaklar Britaniyanı tərk edərək vətənlərinə qayıdırlar
- 12.11.2026 [18:33]
Vaşinqtonda silahlı insident baş verib
- 12.11.2026 [18:28]
NVIDIA-nın baş direktoru Censen Huan istefa verib
- 12.11.2026 [17:50]