Formula 1 populyarlığını artırır
Bakı, 9 fevral, AZƏRTAC
Formula 1 yarışları populyarlığını getdikcə artırır.
AZƏRTAC “Shareablee” araşdırma mərkəzinə istinadla xəbər verir ki, geniş ictimaiyyətin Formula 1 haqqında təsəvvürləri getdikcə yaxşılaşır. Belə ki, 6 min nəfərin iştirak etdiyi sorğuya görə, rəyi soruşulanların 72 faizi Formula 1-in son iki ildə daha yaxşı təşkil olunduğunu bildirib. Ötən il aparılmış sorğuya görə isə, bu rəqəm 52 faiz olub. Bundan əlavə, həm də azarkeşlər çempionatın təşkilatçılarının pandemiya şəraitində düzgün hərəkət etdiklərini düşünürlər. Sorğuda iştirak edənlərin 90 faizi bu şəraitdə Formula 1-də görülən təhlükəsizlik tədbirlərinin təsirli olduğunu düşünür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [18:15]
Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib
- 13.11.2026 [17:44]
Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 13.11.2026 [17:07]
Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir
- 13.11.2026 [16:53]
Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir
- 13.11.2026 [16:20]
Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?
- 13.11.2026 [15:55]