FİDEL KASTRONUN ARVADI QAYITDI
Lakin qeyri-rəsmi ehtimala görə, xanım Diaz-Balart Kubaya cərrahi əməliyyatdan sonra reabilitasiya prosesi keçən komandante Kastronun özü ilə görüşmək niyyətilə gəlmişdir.
Kuba liderinin sabiq arvadı son 40 ildə İspaniyada yaşamışdır. Burada o, Kastro tərəfindən devrilmiş diktator Batistanın yaxın silahdaşlarından biri olan Emilio Blanko ilə ailə qurmuşdu. Blanko iyunda dünyasını dəyişmişdir.
Fidel və Mirta 1940-cı illərdə, universitetdə təhsil aldıqları vaxt tanış olmuşlar. Mirtanın doğma qardaşının Batista hökumətinin üzvü olmasına baxmayaraq, o, öz ailəsi ilə əlaqəni kəsərək, 1948-ci ildə Kuba inqilabının gələcək liderinə ərə getmişdir. Bir ildən sonra onların oğlu olmuşdur. Lakin 1955-ci ildə onlar boşanmışlar. Deyilənlərə görə, buna səbəb Kastronun başqa qadına könül verməsi idi.
Fidel Kastronun digər dörd qadından daha səkkiz uşağı var. Buna baxmayaraq, Kastro onların heç biri ilə evlənməmişdi. Bu isə, bir çox ekspertlərin fikrincə, xanım Diaz-Balarta müəyyən imtiyazlar verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [17:26]