FİDEL KASTRO QAYIDIR
AZƏRTAC Frans Press agentliyinə istinadla xəbər verir ki, Fidel Kastro aprelin axırında Kuba prezidenti səlahiyyətlərini özünə qaytaracaqdır. Boliviya Prezidenti Evo Morales bildirmişdir ki, bu, aprelin 28-də - “Amerika üçün Boliviya alternativi” (ALBA) təşkilatı yaradılmasının üçüncü ildönümü günü baş verəcəkdir.
Bu regional birliyə Venesuela, Kuba, Boliviya və Nikaraqu daxildir.
Moralesin sözlərinə görə, “Fidel qardaşın” hakimiyyətə qayıtması mərasimində altı dövlətin başçıları iştirak edəcəklər. Boliviya lideri Kastronun qayıtmaq niyyətində olduğunu kimdən eşitdiyini açıqlamamışdır.
Martın 16-da Kuba Milli Assambleyasının sədri Rikardo Alarkon bildirmişdir ki, Kastro 2008-ci ilin martında keçiriləcək parlament seçkilərinədək “əla formada” olacaqdır. Ötən şənbə günü xarici işlər naziri Felipe Peres Roke demişdir ki, komandante kökəlmişdir və hər gün fiziki hərəkətlər yerinə yetirir.
Xatırladaq ki, 47 il Kubanı idarə etmiş Fidel Kastro 2006-cı il iyulun 1-də bağırsağında cərrahiyyə əməliyyatı aparıldığına görə, dövlət başçısı vəzifələrinin icrasını müvəqqəti olaraq kiçik qardaşı Raula vermişdir. Buna baxmayaraq, 80 yaşlı Kastro Kuba Dövlət Şurasının sədri, Kommunist Partiyasının birinci katibi və Nazirlər Şurasının sədri vəzifələrini özündə saxlayır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.11.2026 [11:20]
İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib
- 14.11.2026 [09:21]
Hörmüz boğazında tanker minaya düşərək yanıb
- 14.11.2026 [07:18]
Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək
- 14.11.2026 [07:08]
Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər
- 14.11.2026 [05:45]
ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb
- 13.11.2026 [23:47]
Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”
- 13.11.2026 [23:37]
Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq
- 13.11.2026 [23:15]
Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz
- 13.11.2026 [22:14]
DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib
- 13.11.2026 [22:12]
Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir
- 13.11.2026 [21:59]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:56]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:43]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:23]
Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir
- 13.11.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 13.11.2026 [20:00]
Kimya İnstitutunun tədqiqatları Çexiyada beynəlxalq konfransda təqdim olunub
- 13.11.2026 [19:24]
Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
- 13.11.2026 [19:07]
Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir
- 13.11.2026 [18:41]
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
- 13.11.2026 [18:38]
Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb
- 13.11.2026 [18:31]
“Bitcoin”in qiymətində kəskin azalma qeydə alınır
- 13.11.2026 [18:29]