“FƏRASƏTLİ” OĞRU
Sumqayıt, 11 mart (AZƏRTAC). Sumqayıt polisinin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində özünə böhtan atan oğru aşkar edilmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin növbətçi hissəsinin rəisi mayor Rəsul Məmmədov bildirmişdir ki, şəhərin 34-cü məhəlləsində yaşayan tələbə Elgün Nəriman oğlu Məmmədov qarət olunması ilə əlaqədar polisə müraciət etmişdir. Elgün Məmmədovun bildirdiyinə görə, martın 7-də Beşinci məhəllədə, mərkəzi poçtun yaxınlığında naməlum kişi ona bıçaq zərbəsi yetirməklə iki plastik bank kartını, iki mobil telefonunu və 270 manatını əlindən almışdır.
İstintaq tədbirləri nəticəsində aşkar edilmişdir ki, E.Məmmədov 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə tələbələrin topladıqları 120 manatı xərclədiyinə görə dəlil tapmağa çalışmış, özünə bıçaqla xəsarət yetirməklə kriminal hadisə uydurmuşdur. Aparılan istintaq tədbirləri Elgün Məmmədovun bu hiyləgər planını ifşa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]