Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Facebook”da süni intellekt erası başlayır

 Bakı, 27 mart, Elşən Şahbalayev, AZƏRTAC

“Facebook” süni intellekt texnologiyalarının və bir sıra yeniliklərin tətbiqinə başlayır.

Bununla bağlı təqdimatlar martın 25-26-da San-Fransiskoda keçirilən “F8” “Facebook” İnkişaf Konfransında təqdim olunub. Bir milyard yarıma yaxın insanı cəlb edən “Facebook” artıq yeni eraya qədəm qoyur və görünür, əsas məqsəd bütün dünyanı bu virtual məkanda cəmləməkdir. Şirkətin təqdim etdiyi yeniliklər də bunu deməyə əsas verir.

“Facebook”un pilotsuz uçan aparatı

“Facebook” və onun rəhbəri Mark Zukerberqin rəsmi səhifələrində yerləşdirilən məlumatlara görə, şirkətin süni intellekt sahəsində çalışan mütəxəssisləri “Yaddaş şəbəkəsi” adlı proqram hazırlayıblar. Bu sistem ən çətin suallara cavab verə biləcək. Sistemin məqsədi barədə ətraflı məlumat verilməsə də, belə düşünmək olar ki, proqram istifadəçiləri bilikləndirməyə, onlara maraqlı olan sualları cavablandırmağa yönəlib.

Bundan əlavə, şirkətin yaxın gələcəkdə tətbiq etmək istədiyi süni intellekt vasitəsilə video və şəkillərdəki təsvirləri izah etmək mümkün olacaq. Yəni istifadəçi videoda nəyin təsvir olunduğunu yazılı formada ekranda görəcək. “Facebook” mütəxəssisləri konfransda bu sistemi də təqdim ediblər. Təqdimatda nümunə kimi göstərilən videoda qeyri-adi idman növləri müəyyən olunaraq adları ekrana çıxarılıb.

“Facebook” həm də özünün pilotsuz uçan aparatını təqdim edib. Mark Zukerberq profilində yazıb ki, dünyanın hər yerində, xüsusən də ucqar ərazilərdə interneti yaymaq üçün reallaşdırılan internet.org layihəsi çərçivəsində pilotsuz uçan aparat hazırlanıb. Onun vasitəsilə insanlara interneti havadan təqdim etmək mümkün olacaq. Aparatın sınaqları artıq Böyük Britaniyada uğurla həyata keçirilib. Şirkət rəhbərinin yazdığına görə, aparatın ölçüləri “Boeing 737” təyyarəsi böyüklükdə, çəkisi isə ondan az olacaq. Günəş batareyaları ilə işləyən aparat 18 kilometr hündürlükdə uçmaqla bir dəfəyə havada bir neçə ay qala biləcək. M.Zukerberqin planına əsasən, dünyanın internet infrastrukturu olmayan ucqar nöqtələrini də bu yolla qlobal şəbəkəyə qoşmaq mümkün olacaq.

“Facebook” niyə süni intellektlə maraqlanır?

“Facebook”un Süni İntellekt Laboratoriyasının direktoru Yan Lekun müsahibələrinin birində süni intellektin əsasında duran laylı neyron şəbəkəsi texnologiyasını “dünyanı təsvir etməyi öyrənən maşınlar” kimi izah etmişdi. Onun sözlərinə görə, mürəkkəb laylı təhlil sisteminə əsaslanan bu texnologiya foto və videolardakı təsvirlərin izahını verə bilir. Yəni, deyək ki, siz tanımadığınız bir heyvan fotosunu görürsünüzsə, sistem sizə onun adını, hansı ərazilərdə yaşadığını, necə qidalandığı və s. haqqında məlumatlar çatdıracaq. Bu özəlliyinə görə onu həm də “dərindən öyrənmə” sistemi də adlandırırlar.

Əgər “Facebook” bu sistemi öz şəbəkəsində tətbiq edəcəksə, burada qeydiyyatdan keçən istənilən şəxsin fotosunu görüb onun haqqında məlumat almaq mümkün olacaq. “Facebook”un yaradıcıları süni intellekt texnologiyalarının tətbiqinin insanlar arasında kommunikasiyanı daha asan etmək üçün nəzərdə tutulduğunu vurğulayırlar. Bu sistem vasitəsilə istifadəçinin yazdığı şərhlər, paylaşdığı foto və videolar təhlil edilir, maraq dairəsi müəyyənləşdirilir və sonra onun səhifəsində həmin maraqlara uyğun xəbərlər, foto və videolar görünməyə başlanır.

Müşahidəçilər isə bəşəriyyətin getdikcə süni intellektdən asılılığına doğru getməsindən danışmağa başlayıblar. Hətta fantastik fərziyyələr də səslənir ki, bir gün məşhur “Terminator” filmindəki kimi, robotlar Yer kürəsini zəbt edəcək. Xüsusən də bunun getdikcə genişlənməkdə olan “Facebook”da tətbiqi yarızarafat-yarıgerçək bədbin rəylərə səbəb olub. Proqnozlar nə qədər qorxunc olsa da, sadəcə dəqiq olan odur ki, Zukerberq “Facebook”u həyatın istənilən sahəsini əks etdirən virtual məkana çevirmək niyyətindədir.

“Facebook” videoportal kimi...

Yaxın gələcəkdə tətbiq ediləcək yenilikləri açıqlamaqla “Facebook” bir çox sahələri öz platformasında cəmləmək istəyini ortaya qoydu. Yeniliklər videolardan tutmuş onlayn alış-verişə qədər internetdə populyar olan bir sıra sahələrin bu sosial şəbəkədə toplanacağını deməyə əsas verir. Məsələn, yaxın bir neçə ayda istifadəçilər onlayn alış-verişi birbaşa mesencer vasitəsilə edə biləcəklər. Yəni müxtəlif saytlara girmək, elektron poçtdan istifadə kimi prosedurlara ehtiyac qalmayacaq. Onlayn alış-veriş şirkətləri ilə razılıq əsasında bütün proseslər mesencer vasitəsilə aparılacaq.

Digər məsələ videolarla bağlıdır. Son vaxtlar internetdə videoların populyar kontentə çevrilməsi hamıya bəllidir. “Facebook” bu tendensiyanı tamamilə özünə tərəf yönəltmək niyyətindədir. Yeni funksiyaya görə, bir müddətdən sonra “Facebook”un videolarını istənilən saytda yerləşdirmək olacaq. Üstəlik həmin videolarda reklam da yaymaq imkanı yaradılacaq. Hazırda bu sosial şəbəkədə yerləşdirilən videoya yalnız orada baxmaq olur. Amma yeniliyə əsasən, saytlar “Facebook”dakı videoları xüsusi kodla (Embed-kod) öz səhifələrində paylaşa biləcəklər. Bu funksiyadan “YouTube”da çoxdan istifadə olunur. Görünür, Mark Zukerberq artıq ən böyük videoportala da meydan oxumağa başlayıb. “Facebook”un rəhbəri konfransda çıxışı zamanı bununla bağlı maraqlı bir təqdimat da edib. Onun fikrincə, növbəti bir neçə ildə adi videolarla yanaşı, “sferik videolar” yayılmağa başlanacaq. Bu videolar insanlara virtual olaraq özünü həmin məkanda hiss etmək imkanı yaradacaq. İstifadəçi belə videolarda baxış bucağını 360 dərəcə dəyişə də biləcək.

Xəbər yayımı necə olacaq?

M.Zukerberq insanları “Facebook”a bağlayan əsas amillərdən biri olan xəbərləri də ələ keçirmək istəyir. Media qurumları xəbərlərini link vasitəsilə “Facebook”da paylaşaraq saytlarına trafik cəlb edirlər. Bu, artıq xəbər portalları arasında bir rəqabət də yaradıb. Hər kəs xəbərlərini orijinal formada təqdim etməklə sayta girişi təmin etməyə çalışır. Bununla media həm oxucu, həm də reklam cəlb edir. Amma son məlumatlara görə, “Facebook” xəbər yayımını özü həyata keçirməyi planlaşdırır. Düzdür, bu məsələ ilə bağlı konfransda heç bir açıqlama olmasa da, “New York Times”ın yazdığına görə, “Facebook” bir sıra nəhəng media qurumları ilə həmin mövzu ətrafında gizli danışıqlar aparır. Əgər xəbər doğru olarsa, media qurumlarının hansı vəziyyətə düşəcəyini proqnozlaşdırmaq çətin olmayacaq. Artıq ekspertlər reklam və abunə əsasında dolanan medianın acınacaqlı halını göz önünə gətirirlər. Əlbəttə, “Facebook” saytlara öz platformasında link yerləşdirməyi qadağan etməyəcək. Amma onun şərtləri ilə razılaşan media tərəfdaşlarından fərqli olaraq digərlərinin saytlarına keçid sürəti zəif olacaq və bu da əvvəl-axır istifadəçinin həmin xəbər mənbəyindən imtina etməsinə gətirib çıxaracaq.

Ümumilikdə, hazırda “Facebook” istifadəçilərinin özləri də xəbərləri, video və fotonu profillərindən ayrılmadan, xarici linkə keçid etmədən izləmək istəyirlər. Bunun səbəblərindən biri də istifadəçilərin çoxunun “Facebook”a mobil telefon vasitəsilə daxil olmasıdır. Bu da ümumi istifadəçilərin 86 faizini təşkil edir. Yəni hər ay 1,19 milyard insan “Facebook”a mobil telefondan daxil olur. Bütün bunlar insanlara bir sıra məsələləri vahid platformadan həll etmək imkanı verəcək. Amma suallar da az deyil: hər şeyin bir platformadan asılı olması, bir saytda cəmlənməsi nə qədər etibarlı ola bilər? Əgər bir gün səhər ayılıb görsək ki, “Facebook” açılmır, onda necə olacaq?..

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zülfiyyə Nuriyeva: Qarabağ və Şərqi Zəngəzurda quruculuq işləri sürətlə davam etdirilir

Milli Azərbaycan Tarixi Muzeyində “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərgi açılıb

Konsertmeyster Mərvidə Hüseynova: Azərbaycan daim mədəniyyətlərin kəsişmə nöqtəsi olub

Askar Axmanov: Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir

Səadət Yusifova: Qazaxıstanla mədəni əlaqələrimiz uğurla inkişaf etdirilir

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasının illik konfransında təmsil olunub

Sahibkarlarla görüş: qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirləri gücləndirilir

Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar

Cəlilabad fermerlərin maliyyə idarəçiliyi sahəsində bilik və bacarıqları artırılır

Bakı məktəb və bağçalarının qış mövsümünə hazırlığı yekunlaşıb

Özbəkistan universitetlərində ortaq tarixi köklərimiz və mənəvi dəyərlərimiz təbliğ olunub

® Azercell” və AKM kibertəhlükəsizlik sahəsində innovativ həllərin hazırlanmasına yönələn “FireWall 2026” hakatonuna start verir

COP31-də Türkiyənin bərpa təcrübəsi “Anka quşu” pavilyonunda nümayiş etdirilir

Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə ŞƏRH

Tacikistan səfiri: Milli mətbəx xalqın ənənələrinin qorunmasında mühüm rol oynayır

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı yazılı imtahanın keçirilmə vaxtı dəyişdirilib

ABŞ-nin kommersiya neft ehtiyatları 5 milyon barelədək artıb

Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb VİDEO

Ölkədə süd üzrə yeni məhsul subsidiyası tətbiq olunacaq

Apellyasiya Arbitraj Tribunalı iki klubun şikayətini qismən təmin edib

COP31 çərçivəsində “Tullantısız dayanıqlı həyat” layihəsinin təqdimatı olub

ADAU tələbələri innovativ suvarma layihələrini təqdim ediblər

Oktyabrda qlobal neft təklifi 2,3 milyon barel artıb

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya olunub

“TotalEnergies” Azərbaycanda yeni Günəş və külək enerjisi layihələrində iştirakda maraqlıdır

Naxçıvanda kommersiya qurumlarının sayı 15,9 faiz artıb

Azərbaycan-Böyük Britaniya Strateji Tərəfdaşlığı: ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənir - ŞƏRH

ADPU ilə ABŞ universitetinin ikili diplom proqramı genişləndirilir

Dublin sammiti: Avropanın strateji gündəliyində Bakının yeri TƏHLİL

Həssas qruplara aid daha 50 şəxs sanatoriya-kurort mərkəzinə yola salınıb

Paytaxt məktəblərinin direktorları ilə keçirilən silsilə görüşlərə yekun vurulub

Qlobal və regional çağırışların həllində Azərbaycan modeli: Prezident İlham Əliyev beynəlxalq aləmdə güvənilən Liderdir - TƏHLİL

Avropa ölkələrinin Azərbaycana marağının artması Prezident İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir - ŞƏRH

Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb

On ayda pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri ayda 560 manatlıq məhsul alıb

Azərbaycan beynəlxalq gündəliyin formalaşmasına təsir göstərən dövlətdir ŞƏRH

Doqquz ayda 25,2 milyard manatlıq 4404 repo əqdi bağlanıb

Asim Xudiyev Millətlər Liqasının oyununa təyinat alıb

Mahinur Özdemir Göktaş Azərbaycan pavilyonunu ziyarət edib

® Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib

Mərkəzi Bank: Doqquz ayda 1648 əqd qeydə alınıb

Tovuzda hamilə qadın bıçaqlanıb, saxlanılan var

Politoloq: “Avropa Siyasi Birliyi”nin sammitindəki görüşlər Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir

Deputat: Birgə Bəyannamə Azərbaycanla Britaniyanın əməkdaşlığının yeni siyasi və institusional mərhələyə yüksəldilməsini ifadə edir

® Xəzər mənzərəli irimiqyaslı “Caspi Yards” layihəsi və 44 mərtəbəli “Zəfər Qülləsi” təqdim olunub - FOTO

Türk professor: COP31-də Azərbaycan və Türkiyə liderlərinin səmimi münasibəti tarixi qardaşlığın təzahürüdür

“Azərişıq” nümayəndələri Lənkəranda fermer və sahibkarlarla görüşüblər

Kreml Ukrayna ilə bağlı danışıqlarda Avropanın iştirakının şərtini açıqlayıb

Prezidentin Dublin toplantısında iştirakı və görüşləri Azərbaycan üçün bir çox cəhətdən vacib əhəmiyyət daşıyır - TƏHLİL

Milli Məclisin növbəti iclaslarında hansı məsələlər müzakirə olunacaq?

COP31 çərçivəsində Azərbaycan pavilyonunda panel müzakirələr aparılıb

Gövhər Baxşəliyeva: Milli kimliyimizin və mədəni irsimizin qorunması azərbaycançılıq ideologiyasının əsasını təşkil edir

Azərbaycan-Britaniya: Strateji müttəfiqliyin yeni iqtisadi və siyasi üfüqləri - ŞƏRH

İşğaldan azad edilmiş ərazilərdə 91 layihə maliyyə ekspertizasına cəlb olunub

Dublin Sammitində Azərbaycan amili: Bakı-London strateji tərəfdaşlığında yeni mərhələ - TƏHLİL

Məktəbəhazırlıq qruplarına qeydiyyat və məktəb seçimi davam edir

Qana nümayəndələri Sumqayıt Sənaye Parkında olublar

On ayda əsas kapitala yönəldilən investisiyalar 9,7 faiz artıb

Doqquz ayda Böyük Qayıdış proqramı üzrə 383 layihə icra edilib

Həkim Mahir Həsənov: Əsgərlərimiz yaralı olmasına baxmayaraq döyüşə qayıtmaq istəyirdilər

bp “Azəri-Çıraq-Günəşli”də fəaliyyət göstərən qazma qurğularının sayını 8-ə çatdırmağı planlaşdırır

Peşə Təhsili üzrə Dövlət Agentliyinin metodiki dəstək təlimləri yekunlaşıb

Aslan Kərimov: Millimiz istənilən halda Lixtenşteynə qalib gəlməlidir

Qəhvəyi mərmər bağacığına qarşı maarifləndirmə tədbirləri davam etdirilir

Mövsümün son toxum sərgi-satış yarmarkası Kürdəmir rayonunda keçirilib

Tikintiyə icazə sahəsində islahatlar biznes mühitinin keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına töhfə verir - ŞƏRH

Düsseldorfta Azərbaycan Evinin yaradılması müzakirə olunub

Aşpaz: İtaliya mətbəxinin özünəməxsusluğu yerli məhsullarda və zəngin ənənələrdədir

Marneulidə azərbaycanlı gənclər üçün idman klubu: Hədəf sağlam gələcəkdir

“Şirvan Aqro” MMC-yə “HALAL” uyğunluq sertifikatı təqdim edilib

Dəmir yolları ilə sərnişindaşımada yüksək göstərici qeydə alınıb

“Xanuma” tamaşası 100-cü dəfə səhnədə

Azərbaycanın Zəfər Günü Sofiyada qeyd olunub

Akademik: Mədəniyyətlərarası dialoqun inkişafı üçün peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirilməlidir

“Avropa Siyasi Birliyi”nin Dublin Sammiti Azərbaycan-Avropa münasibətlərinin inkişafı baxımından mühüm platformadır - ŞƏRH

Səfir: Azərbaycan və İtaliya mətbəxini ortaq ənənələr birləşdirir

Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığa başladığı ilk elmi müəssisə Kimya İnstitutu olub

“Microsoft” xidmətlərindəki genişmiqyaslı nasazlıq rəqəmsal platformalardan asılılıq məsələsini gündəmə gətirib

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Xankəndi sakini 38 il əvvəl özü ilə apardığı göyərçinlərin nəslini doğma şəhərinə qaytarıb VİDEO

Anar Rzayev: Azərbaycan mədəniyyətinin dünya miqyasında tanıdılması vacib məsələlərdəndir

COP31 çərçivəsində CIGET təşəbbüsünə dair birinci Nazirlər Görüşü olub

AICA: Bakıda keçirilən süni intellekt sammiti bu sahədə Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

® “Azercell”in “30 il səninlə” lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir! 

Azərbaycan Avropanın enerji və nəqliyyat təhlükəsizliyində strateji tərəfdaşdır ŞƏRH

Almaniyanın ətraf mühit naziri dünyada “enerji inqilabı”nın baş verdiyini bildirib

Moskvada avtomobil partlayıb, Nikolay Azarovun keçmiş mətbuat katibi ağır yaralanıb

ADSEA sədri Naxçıvan şəhərində vətəndaşlarla görüşüb

BDU-da “İƏT Modeli Beynəlxalq Münasibətlər Akademiyası – 2026” layihəsinə başlanılıb

Fərid Cəfərov: Bakı Forumu Azərbaycanın beynəlxalq nüfuzunu və mədəniyyətlərarası dialoqa töhfəsini nümayiş etdirir

Azərbaycan və Türkiyə prezidentlərinin görüşləri müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir - ŞƏRH

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

“Outlook”un qlobal miqyaslı nasazlığı milyonlarla istifadəçini elektron poçtsuz qoyub VİDEO

Fransa prezidentliyinə kim daha çox yaxındır? Rəy sorğusu

Azərbaycan Qazaxıstanda keçirilən Gənc Alimlərin Beynəlxalq Konqresində təmsil olunur

® Nezih Recep Aysel: Naxçıvan zəngin memarlıq irsi və özünəməxsus şəhərsalma ənənələri ilə seçilən qədim şəhərdir

Riçard Almeyda “Qarabağ”a qayıtma ehtimalı barədə: Niyə də olmasın?

İsa Həbibbəyli: Əcəmi sənəti qədim Naxçıvan torpağının intibah mədəniyyətinin mühüm nişanəsidir

Aktoti Raimkulova: Azərbaycan pavilyonu mədəni irsin qorunması və təbiətə həssas münasibəti əks etdirir

Ümumdünya Xeyirxahlıq Günü: yaxşılıq insanlığın ən ali dəyərlərindəndir

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir VİDEO

SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqələrində sığınacaqların yaradılması işləri davam etdirilir