Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eyfel qülləsinin sirləri

Bakı, 20 dekabr, AZƏRTAC

1889-cu ildə Ümumdünya sərgisi üçün müvəqqəti tikili kimi nəzərdə tutulan Eyfel qülləsi tezliklə Fransanın əsas rəmzinə çevrilib. İldə təqribən 7 milyon adam Parisin (vaxtilə planetimizin) ən hündür tikilisinə tamaşa etməyə gəlir. Eyfel qülləsi ən çox seyrçi qəbul edən pullu monumentdir. Mövcud olduğu müddət ərzində burada dünyanın hər yerindən təqribən 250 milyon adam olub.

Biz də özümüzü saxlaya bilməyib ora getdik və Eyfel qülləsinin press-attaşesinin müşayiəti ilə onun ən yuxarı qatına qalxdıq. Eyni zamanda qüllə barəsində çoxlu maraqlı faktlar öyrəndik. İndi də bu faktları sizinlə bölüşməyə tələsirik!

Birinci mərtəbə: şəffaf döşəmə və dolama pilləkən

Hazırda qonaqlar qüllənin üç səviyyəsinə çıxa bilərlər: yuxarı çıxdıqca, görünüş də genişlənir. Birinci mərtəbəyə həm pilləkənlə, həm də liftlə (cəmi beş lift var) qalxmaq olar. Press-attaşe Helen Hayqın sözlərinə görə, hələ Qüstav Eyfel tərəfindən layihələndirilən bu liftlərdən bəziləri tikilinin yaşıdıdır. Əlbəttə, liftlər bərpa edilib və kompyuterləşdirilib, amma onların indiyədək işləməsi faktının özü heyrət və heyranlıq hissi doğurur. Bu liftlərin unikallığı bundadır ki, onların kabinəsi qüllənin dirəkləri boyunca dəyişən əyrilik radiusu ilə əyrixətli trayektoriya üzrə hərəkət edir.

Ümumiyyətlə, Q.Eyfelin XIX əsrin sonunda ucaltdığı qüllə Fransanın texniki tərəqqisini bütün dünyaya nümayiş etdirmək məqsədi daşıyırdı. Eyfelin layihəsi Ümumdünya sərgisini qəbul etməyə hazırlaşan şəhər administrasiyasına təqdim edilən 107 layihə içindən seçilib. Rekord müddətdə - 2 il, 2 ay və 5 gün ərzində ucaldılan, hündürlüyü 300.65 metr, çəkisi 10 100 ton olan polad monument öz dövrü üçün inqilabi tikili idi. Buna baxmayaraq, tikinti başa çatandan 20 il sonra onu sökmək istəyiblər. Bəlkə Q.Eyfelin təşviq etdiyi elmi eksperimentlər, məsələn, ilk radioyayım təcrübələri olmasaydı, belə də edərdilər. Beləliklə, qüllədən səmərəli istifadə yolu tapılıb: 1898-ci ildə qülləyə radiovericilər bərkidilib; 1903-cü ildə qüllədən hərbi radiopost kimi istifadə edilib; 1925-ci ildə qüllədən ictimai radionun birinci proqramı yayımlanıb, sonralar isə teleqülləyə çevrilib. Hazırda qüllədə 120 antena quraşdırılıb. Yeri gəlmişkən, təpəsinə quraşdırılan yeni antena sayəsində qüllənin hündürlüyü artaraq 324 metrə çatıb.

Qüllənin 57 metr yüksəkdə yerləşən birinci səviyyəsinə daxil olanda sanki boşluğa düşürsən. Belə bir effekt yeni şəffaf döşəmə və arakəsmələr sayəsində yaranır. Onlardan baxanda aşağıda yoldan ötənləri və qüllənin altındakı asfaltda qraffitini (küçə rəsmləri) görmək olar. Yuxarı qalxdıqca daralan qüllənin ən geniş baxış meydançası birinci səviyyədə yerləşir. Hazırda burada Eyfel qülləsinin tikintisi ilə bağlı çoxlu maraqlı faktlardan söz açan yenilənmiş ekspozisiya - informativ displeylər, rəqəmsal albomlar, reproduksiyalar və s. yerləşir. Qülləyə gələnlər ətrafa gözəl mənzərə açılan “58 Tour Eiffel” restoranında dincələ, butiklərdən suvenirlər ala bilərlər. “Gustave Eiffel Room” adlı yeni məkan təqdimatlar üçün nəzərdə tutulub. Birinci mərtəbə o qədər genişdir ki, yayda kiçik bağa çevrilir, qışda isə burada buz meydançası açılır. Bu mövsümdə - 2017-ci ilin mayında Parisdə keçiriləcək xokkey üzrə dünya çempionatı ərəfəsində buz meydançasında nəinki sürüşmək, həm də xokkey oynamaq olar.

Diqqətimizi dolama pilləkənin sanki təsadüfən bura qoyulmuş fraqmenti cəlb etdi. Bələdçimiz bizə izah etdi ki, əvvəlcə bu pilləkən ikinci mərtəbəni qüllənin ən yuxarı qatı ilə birləşdirib. Orada Q.Eyfelin ofisi yerləşib. Amma gərəksiz olduğuna görə pilləkən 1983-cü ildə sökülərək, hissə-hissə hərracda yaxşı qiymətə satılıb. Pilləkənin hündürlüyü 4,30 metr olan parçası tarixi eksponat kimi birinci mərtəbəyə qoyulub.

İkinci mərtəbə: gözəl mənzərə, orijinal rəng və “brilyant kimi bərq vuran” işıqlandırma

Qüllənin ikinci mərtəbəsinə də lift və pilləkənlə qalxmaq olar. İkinci mərtəbəyə çatmaq üçün 704 pillə çıxmaq lazımdır. Qüllə pilləkəninin isə cəmi 1792 pilləsi var.

İkinci mərtəbəyə qalxan turistləri suvenir mağazası, bufet və “Jül Vern” restoranı qarşılayır. Tanınmış yazıçının bu restoranın daimi müştərisi olub-olmadığını deyə bilmərik, amma məşhurluğuna görə ondan heç də geri qalmayan həmkarı Gi de Mopassan buranın daimi müştərisi olub. Maraqlıdır ki, o dövrün yaradıcı ziyalılarının bir çoxu kimi, Gi de Mopassan da yeni qülləni bəyənməyib. Hesab edib ki, o, ə paytaxt arxitekturasının ümumi görünüşünü pozur. Ondan adıçəkilən restorana nə üçün tez-tez getdiyini soruşanda düşünmədən cavab verib: “Bura Parisdə yeganə yerdir ki, oradan Eyfel qülləsi görünmür!”.

Qüllənin 115 metr yüksəklikdə yerləşən ikinci səviyyəsinin əsas üstünlüyü isə şübhəsiz ki, Parisə açılan mənzərədir. Fransa paytaxtının əsas görməli yerləri - Zəfər tağı, Luvr muzeyi, Notr-Dam kilsəsi, Qarnye Operası, Yelisey xiyabanı, Monparnas qülləsi və bir çox digər dəyərli turizm obyektləri buradan rahat görünür. Çoxsaylı göydələnlərinə görə Parisin Manhetteni adlandırılan müasir “La Defense” (Lya Defans) rayonu da ovuc içi kimi görünür.

Daha yaxından görmək üçün cüzi haqq müqabilində qonaqlara bir neçə teleskop təklif edilir. Bu mərtəbədən çəkilən şəkillər çox effektli alınır. Məsələ bundadır ki, qonaqların təhlükəsizliyini qorumaq məqsədi ilə birinci və üçüncü səviyyələrdə baxış meydançaları məhəccərlərlə dövrələnib. Şəkil çəkən zaman onların kadra düşməməsi üçün əziyyət çəkirsən. Yalnız ikinci mərtəbədəki xüsusi eyvanda mənzərəni heç bir maneə pozmur.

Məhəccərlərdən söz düşmüşkən, qeyd edək ki, onların bəzi fraqmentlərinin axıradək boyanmaması sayəsində qüllənin rənginin müxtəlif illərdə necə dəyişdiyini izləmək olar. Məsələ bundadır ki, abidə 1980-ci ildən etibarən müntəzəm olaraq təmir və bərpa edilir. Hər yeddi ildən bir qülləni patentlənmiş xüsusi rənglə boyayırlar. Tunc rənginin çalarını xatırladan bu rəng elə belə də adlanır: “Eyfel qülləsi rəngi”. Onu 20 il əvvəl təsdiq ediblər. Daha əvvəl qüllə qırmızımtıl-qəhvəyidən tutmuş oxrayadək müxtəlif rənglərə boyanıb? Mövcud olduğu müddət ərzində isə təqribən 20 dəfə rənglənib. Bu, qüllənin konstruksiyasını korroziyadan qorumaq üçün vacib prosedurdur. Rəngləmə prosesinə təqribən 25 rəngsaz cəlb edilir və qülləyə təqribən 60 ton rəng çəkilir.

Axşam saatlarında qüllə qızılı rənglə işıqlandırılır. 2000-ci ildə milleniumun bayram edilməsi şərəfinə Eyfel qülləsi ilk dəfə “brilyant işıqlar” deyilən işıqlandırma sistemi ilə heyrətamiz şəkildə bərq vurmağa başlayıb. 2003-cü ildən etibarən qaranlıq düşəndən saat 01:00-dək hər saatın ilk beş dəqiqəsində 20 min lampanın işığı sayrışır. Maraqlıdır ki, lap bu yaxınlara qədər qülləyə taxılan 300 lampa hazırda Eyfel qülləsinin rəsmi saytında satışa çıxarılıb. 450 avro ödəyən hər kəs Eyfel qülləsindən orijinal lampanın sahibi ola bilər. Lampa onun həqiqiliyini təsdiq edən sertifikatla birlikdə planetimizin istilən nöqtəsinə pulsuz çatdırılır. Doğrudur, o, birbaşa təyinatı üzrə - yəni işıq mənbəyi kimi istifadə üçün deyil, yalnız xatirə suveniri kimi nəzərdə tutulub.

Üçüncü mərtəbə: Eyfelin ofisi, qüllədə fil və günəş panelləri

Qüllənin 274 metr yüksəklikdə yerləşən ən yuxarı baxış meydançasına yalnız ikinci mərtəbədən start götürən liftlə qalxmaq olar. Lift şəffafdır və onun hərəkət etdiyi yerdən ətrafa gözəl mənzərə açılır. Amma qonaqları ən inanılmaz mənzərə üst qatda gözləyir. Burada iki meydança yerləşir: qapalı (əlverişsiz havada aktualdır) və açıq (buradan maraqlı şəkillər alınır). 

Qüstav Eyfelin ofisi burada yerləşib. Ofisin əvvəlki görkəmi bərpa edilib. Ofisdə Q.Eyfelin, onun qızı Klerin və tanınmış ixtiraçı Tomas Edisonun mum heykəlləri qoyulub. T.Edisonun Q.Eyfelə hədiyyə etdiyi qrammofon da buradadır.

Üst meydançanın müxtəlif yerlərində asılmış böyük xəritələr hündürlüyünə görə rekord vuran tikililəri - qüllə və göydələnləri olan iri şəhərlərin istiqamətləri və onlara qədər məsafə barədə təsəvvür yaradır. Müqayisənin rahatlığı üçün Eyfel qülləsinin və onun “rəqiblərinin” hündürlüyü vizual göstərilib.

Eyfel qülləsi ilə çox hadisə bağlıdır: onun pilləkənlərindən motosikletlə eniblər, təyyarə ilə altından keçiblər, təpəsindən paraşütlə tullanıblar, banca-campinq deyilən tullanma tryuku ediblər. Hətta bir dəfə Hindistanın baş naziri öz ölkəsinin ilinin bayram edilməsi münasibətilə Fransanın o vaxtkı birinci xanımı madam Mitterana canlı fil də bağışlayıb və bu hadisə də qüllədə baş verib! Bu qüllə daha nə qədər maraqlı hadisənin şahidi olub? Özü də bu hadisələrin bəziləri qabaqcadan planlaşdırılmayıb.

Eyfel qülləsi intihara meylli insanları cəlb edir. Sonuncu intihar hadisəsi 2012-ci ildə qeydə alınıb.

Bu yaxınlarda başa çatan yenidənqurma işlərindən sonra qüllədə təhlükəsizlik tədbirləri gücləndirilib, habelə ekoloji texnologiyalardan istifadə edilib. Bundan əlavə, günəş panelləri, istilik nasosları, elektrik enerjisinə qənaət edən işıq-diod işıqlandırma, habelə yağış suyunun toplanması və təkrar istifadəsi sistemləri quraşdırılıb.

Eyfel qülləsi Qüstav Eyfelin yeganə əsəri deyildir. O, Nyu-Yorkda ucalan Azadlıq heykəlinin dəmir karkasının tikintisində iştirak edib, Nittsa rəsədxanasında çəkisinin 100 ton təşkil etməsinə baxmayaraq, bir nəfər tərəfindən hərəkətə gətirilən fırlanan günbəz ideyasını həyata keçirib, Budapeştdə dəmir yolu xətti və dünyanın müxtəlif ölkələrində çoxsaylı körpülər inşa edib. Amma gələcək nəsillər onu XIX əsrin ən yaxşı texniki tikililəri arasında fəxri yer tutan gözəllər gözəli Eyfel qülləsi sayəsində xatırlayacaqlar.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

 Ekspertlərdən xəbərdarlıq: Britaniya ordusu dron dövrünə hazırlaşmalıdır

İmarət Kompleksində Qarabağ atlarının şousundan FOTOLAR

Britaniyada ölkə miqyasında gizli kibertəhlükəsizlik əməliyyatı keçirilib

“Koroğlu” stansiyasından Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Milli Məclis sədrinin müavini: Prezidentin Vyetnama səfəri yeni əməkdaşlıq imkanları yaradacaq ŞƏRH

Sabah ölkə ərazisində hava şəraiti necə olacaq?

Ulu Öndərin müəyyənləşdirdiyi kurs yeni dövrün tələblərinə uyğun davam etdirilir

Elçin Əsgərov: Azərbaycan xalqı və İraq türkmanları arasında ortaq irsin araşdırılması əsas istiqamətlərdən olmalıdır

İslamabadda Türkiyə-Pakistan hərbi əməkdaşlığı müzakirə edilib

Allergiyanın əsl səbəbi düşündüyümüzdən fərqli ola bilər – Alimlərdən yeni nəzəriyyə

Azərbaycan-Vyetnam münasibətləri strateji tərəfdaşlıq və qarşılıqlı etimad üzərində qurulub ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub YENİLƏNİB -2

Ağdamın dirçəlişi Azərbaycanın gücünün, xalqımızın birliyinin və sarsılmaz iradəsinin təcəssümüdür - ŞƏRH

Böyük Britaniya və Avropa İttifaqı gənclərin mobilliyi ilə bağlı razılığa gəlməyə hazırlaşır

MDB ölkələrinin parlament sədrləri Qurbanqulu Berdiməhəmmədovla görüşüblər

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında ekspert görüşü keçirilib

Messi MLS-də ən çox maaş alan futbolçu statusunu qoruyub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

AMEA ilə Kembric Universiteti arasında elmi əməkdaşlıq genişləndiriləcək

Aİ Myanmanı rohinca müsəlmanlarına qarşı soyqırımı ilə bağlı qərarı icra etməyə çağırıb

® “Baku Steel Company” QSC açıq tender elan edir

Milli Kitabxanada Ağdam Şəhəri Günü münasibətilə sərgi açılıb

® “Trendyol”da “Əfsanə günlər” başlayır

® “AzInTelecom” SİMA həllərini Portuqaliyada keçirilən “Web Summit”də təqdim edib

® “AccessBank” QSC “WEB Application Firewall” üzrə tender elan edir

Mahmud Xəlil Cəfər Cayırlı: İraq türkmanlarının ana dilinin qorunması üçün dərsliklərin hazırlanması vacibdir

Xaçmazda bitki mühafizə vasitələrinin satış obyektlərində monitorinqlər aparılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın rəqəmsal hökumətin inkişaf səviyyəsinə görə dünya üzrə 38-ci mövqeyə yüksəlib

Proqram sisteminin müşayiəti zamanı meydana çıxan səhvlərin klasterləşdirilməsi üçün metod hazırlanıb

Qazaxda İdman Festivalı keçirilir

Xarici diplomatlar Böyük Qayıdış prosesi haqqında məlumatlandırılıb

Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edilib

Şöbə müdiri: Lazer hamarlama məhsuldarlığın artmasına təsir göstərir VİDEO

Şöbə müdiri: Lazer hamarlama məhsuldarlığın artmasına təsir göstərir VİDEO

Torpaqların konsolidasiyası və dövlət dəstəyi: Salyanda fermerlərin sualları cavablandırılıb

Gövhər Baxşəliyeva: Azərbaycan və İraq türkmanları ortaq tarixi və etnik köklərə malikdirlər

DSMF 10 ayda 1 milyon 155 min nəfərə müavinət və təqaüd ödəyib

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur VİDEO

Ağdam sakini: Azad Ağdamda illərdir görmədiyimiz insanlarla görüşmək böyük sevinc və qürurdur VİDEO

Azərbaycan parataekvondoçusu dünya çempionu olub VİDEO

Azərbaycan parataekvondoçusu dünya çempionu olub VİDEO

Astarada balıqçılıq və sitrusçuluğun inkişafı istiqamətində işlər genişləndirilir

Noyabrın 22-si Gürcüstanda matəm elan edilib

Azərbaycan və İraq türkmanlarının ortaq tarixi irsinə dair beynəlxalq konfrans

“Anthropic”in səhmləri rekord səviyyəli IPO-dan sonra ucuzlaşıb

Qüsurlu mal satıldığı halda istehlakçının hansı hüquqları var?

Tayvan seçkilərə təsir göstərməyə çalışdığını iddia etdiyi 2700 sosial media hesabını “Meta”ya verib

ADU-nun Konfutsi İnstitutu “Ən yaxşı HSK tərəfdaşı” adına layiq görülüb

Qlobal fond bazarlarında kütləvi satış dalğası müşahidə olunur

Alimlər malyariyaya qarşı 87 faiz effektiv peyvənd hazırlayıblar

“Bilim Azərbaycan” Ağdam Şəhəri Günündə şagirdlərə elm və texnologiyanın imkanlarını təqdim edib

“Maverick” İstanbulda 8 mükafat qazanıb və “İlin agentliyi” seçilib

ABŞ-də “Nvidia” şirkəti barəsində araşdırma başlanılıb

“Real Madrid” sabiq futbolçusunu geri qaytarmaq istəyir

Naxçıvanda yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 27 faiz artıb

Aqrar Xidmətlər Agentliyi: Məhsuldarlığın keyfiyyəti və artımı aqronomların işindən asılıdır

IMF rəhbəri süni intellekt bazarında mümkün korreksiya ilə bağlı xəbərdarlıq edib

Asiyada 3,95 milyard il yaşı olan qədim süxurlar aşkarlanıb

İtaliyada dron təhlükəsinə görə bağlanan hava limanı fəaliyyətini bərpa edib

Asiya birjalarında 2020-ci ildən bəri ən kəskin həftəlik ucuzlaşma qeydə alınır

Azərbaycanın turizm imkanları Yunanıstanda tanıdılıb

Özçubukçu: TRIPP layihəsi Azərbaycanın Avrasiya nəqliyyat şəbəkələrindəki mövqeyini daha da gücləndirəcək

“Apple” “OpenAI” və “Anthropic”ə rəqib olacaq süni intellekt agenti hazırlayır

BƏƏ Somali hökumətinin mövqeyini pisləyib

® ABB DAVR-a lisenziya verildi

Neftin qiymətində azalma gözləntiləri güclənir

Zəfərin əhəmiyyəti yalnız ərazi bütövlüyünün və suverenliyin bərpası ilə yekunlaşmır - ŞƏRH

Seymur Səfərli: Kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqi genişlənir VİDEO

Seymur Səfərli: Kənd təsərrüfatında rəqəmsal həllərin tətbiqi genişlənir VİDEO

Nazir müavini: Azərbaycanda ərzaqlıq buğda tələbatının 70 faizinin yerli istehsal hesabına ödənilməsi hədəflənir VİDEO

Nazir müavini: Azərbaycanda ərzaqlıq buğda tələbatının 70 faizinin yerli istehsal hesabına ödənilməsi hədəflənir VİDEO

Zuvandçay vadisinin paleolit düşərgələri haqqında monoqrafiya nəşr edilib

İran ABŞ-nin kimyəvi və bioloji silahlarla bağlı ittihamlarını rədd edib

Ötən gün 79 cinayətin açılması təmin olunub

Qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Azərbaycanın U-20 millisi növbəti yoldaşlıq oyununu keçirəcək

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür VİDEO

Nquyen Van Sien: Vyetnamlıların Azərbaycana marağı böyükdür VİDEO

Premyer Liqa: XII tur iki oyunla start götürür

Qızılın qiymətində son 8 ayın ən kəskin həftəlik azalması qeydə alınıb

Qubada keçirilən beynəlxalq elmi konfransa 6 ölkədən 101 məqalə təqdim olunub

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb YENİLƏNƏCƏK

Paytaxtda qış mövsümünə hazırlıqla bağlı müşavirələr başa çatıb VİDEO

Paytaxtda qış mövsümünə hazırlıqla bağlı müşavirələr başa çatıb VİDEO

FAO nümayəndəsi: Bitki sağlamlığı kənd təsərrüfatı üçün vacib məsələdir

Ağdamda 10 ayda 959 milyon manatlıq sənaye məhsulu istehsal edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Araz” supermarketlər şəbəkəsini mükafatlandırıb

BMT rəsmisi: Azərbaycanın rəqəmsal hökumət sahəsində təcrübəsi bütün dünya üçün nümunə olmalıdır VİDEO

BMT rəsmisi: Azərbaycanın rəqəmsal hökumət sahəsində təcrübəsi bütün dünya üçün nümunə olmalıdır VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Neft bahalaşır VİDEO

Neft bahalaşır VİDEO

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb FOTO VİDEO

Ağdamda bayram coşqusu: Şəhər Günü Qarabağ atlarının yürüşü ilə başlayıb FOTO VİDEO

Azərbaycan nefti 98 dollara satılır VİDEO

Azərbaycan nefti 98 dollara satılır VİDEO

ABŞ-də “Amerikada Azərbaycan izləri” layihəsinin təqdimatı olub

Poniçalada axtarış-xilasetmə əməliyyatları başa çatıb

Vitali Kliçko: Kiyevdə körpülərə raket zərbələri nəticəsində sağ və sol sahillər arasında nəqliyyat çətinliyi yaranıb

Buenos-Ayresdə “Azərbaycana açılan pəncərə” adlı sərgi açılıb

Kiril Valçev Bolqarıstan Xəbər Agentliyinin rəhbəri vəzifəsindən istefa verəcək

Azərbaycan-Vyetnam əlaqələrinin gücləndirilməsi zamanın sınaqlarından çıxmış möhkəm dostluğa əsaslanır ŞƏRH

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2027-ci il üzrə qrant müsabiqələri elan edir

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib VİDEO

Azərbaycan-Vyetnam münasibətləri: Tarixi varislik və müasir əməkdaşlıq üfüqləri

Bakının bir sıra yollarında nəqliyyat sıxlığı yaranıb – SİYAHI

“Axios”: Ağ Evin kibertəhlükəsizlik üzrə rəhbəri vəzifəsindən ayrılır

Noyabrın 20-si Ağdam Şəhəri Günüdür

Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib VİDEO

Qarakənd faciəsindən 35 il ötür