“EXİT POLL”UN YARADICISI VƏFAT ETMİŞDİR
Mitofski “exit poll”dan ilk dəfə 1967-ci ildə Kentukki ştatının qubernatoru seçilərkən istifadə etmişdir. O, 1972-ci il prezident seçkilərində ümummilli “exit poll” keçirərək, 3000-dən çox adamın rəyini öyrənmişdir.
Mitofski “Votə Nyus Servis” ümummilli konsorsiumunun yaradıcılarından biridir. Şirkətin başlıca vəzifələrindən biri prezident seçkilərində səsləri müstəqil olaraq paralel hesablamaq və aparıcı informasiya agentliklərinin və telekanalların, o cümlədən ABC, CBS, NBC, Si-En-En, FOX və Assoşieyted Press-in keçirdiyi “exit poll”un nəticələrini əlaqələndirməkdir. Mitofskinin başçılıq etdiyi “Mitofski İntənəşnl” agentliyinin əməkdaşları isə bir çox ölkələrdə, o cümlədən Azərbaycan, Rusiya, Meksika və Filippində keçirilən seçkilərdə “exit poll” aparmışlar. Bundan əlavə, Mitofski və onun həmkarı Cozef Vaksberq telefonla sorğu metodunu da tətbiq etmişlər. O, ABŞ İctimai Rəyin Öyrənilməsi Assosiasiyasının və “exit poll” keçirilməsi üzrə Milli Şuranın prezidenti idi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.11.2026 [20:56]
Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək
- 13.11.2026 [20:43]
“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib
- 13.11.2026 [20:23]
Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib
- 13.11.2026 [20:10]