EV VƏ MAŞIN OĞRULARI SAXLANILMIŞLAR
Bakı, 24 fevral (AZƏRTAC). Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci bölməsinin əməkdaşları oğurluq etdiyinə görə Ruslan Dadaşovu tutmuşlar. Onun 2009-cu ilin dekabrından 2010-cu il fevralın 15-dək Mərdəkan və Sağan qəsəbələrinin sakinlərinə məxsus qarajlardan və fərdi evlərdən oğurluq etməsi müəyyən olunmuşdur.
Badamdar qəsəbəsində Saatlı rayon sakini Asim İsmayılov Şərur rayon sakini Cəlal Həsənova məxsus “Mercedes” markalı avtomaşını qaçırmış və onu idarə edərkən aşırmışdır. Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Həsənov tutulmuşdur.
Fevralın 13-də M.Namazovun evindən oğurluq etməkdə şübhəli bilinən Gülüstan qəsəbəsinin sakini Elvin Mirzəyev Gəncə şəhərinin Nizami Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]